TrendForce analitik şirkətinin mütəxəssisləri lidar bazarının inkişafını proqnozlaşdırıblar. Bu cihazlar aktiv optik sistemlərdən istifadə edərək ətrafdakı obyektlər haqqında məlumat əldə etməyə imkan verir. Lidarlar sürücü yardım sistemlərində (ADAS) və autopilot sürücülük, sənaye və "ağıllı" şəhər həllərində istifadə olunur. Keçən il lidar bazarı 682 milyon dollar idi. Bu tətbiqlərə tələb artdıqca analitiklər lidar satışlarında sürətli artım proqnozlaşdırırlar.
TrendForce 2025-ci ildə bazarın 2,932 milyard dollara çatacağını proqnozlaşdırır.
Satışlar əsasən, avtomobil seqmentinin payına düşəcək. Bunun səbəbi sürücü yardım sistemlərinin və öz-özünə idarə olunan nəqliyyat vasitələrinin inkişafıdır. Lidarlar kritik bir komponentdir. Obyektləri aşkarlamaq, xəritələr qurmaq və avtomobilin yerləşdirilməsinin dəqiqliyini artırmaq üçün istifadə olunur. Avtomobil lidar gəlirinin 2025-ci ildə 2.434 milyard dollara çatması gözlənilir. Bu seqmentin əsas oyunçuları isə Velodyne, Valeo, Quanergy Systems, ibeo, Continental, LeddarTech, INNOVIZ, HESAI, LeiShen və Luminardır.
ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!