2024 cü ildə maaşlar və təqaüdlər artırılacaqmı? – İqtisadçı təhlil etdi | Banco.az

2024 cü ildə maaşlar və təqaüdlər artırılacaqmı? – İqtisadçı təhlil etdi

Maliyyə Nazirliyi 2024-cü ilin dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifat üzrə bölgüsünə əsasən növbəti ildə dövlət bücəsindən əməyin ödənişi üzrə 9 milyard 7,2 milyon manatın xərclənməsi nəzərdə tutulur.

Qeyd edilən göstəricinin hansı sahələrdə nə qədər əməkhaqqı artımlarının olacağı hazırda cəmiyyəti düçündürən suallar arasındadır. Bu barədə Banco.az-a açıqlamaq verən iqtisadçı- ekspert Pərviz Heydərov bildirdi ki, növbəti ilin dövlət büdcəsinin həcmi bu ilkindən böyük deyil:

“2024- cü ilin dövlət büdcəsinin ümumi həcmi cari ilin dövlət büdcəsinin həcmindən əslində fərqlənmir. Hətta Maliyyə Nazirliyinin Nazirlər Kabinetinə təqdim etdiyi ilkin layihədə xərclərin və gəlirlərin həcmi bu ilki büdcədən aşağı idi. Sonra Nazirlər Kabinetində layihəyə baxılandan sonra cüzi olaraq rəqəmlər artdı. Baxmayaraq ki, sosial istiqamətdə maliyyələşdirmə həcmi yüksək səviyyədə nəzərdə tutulur, amma beşinci sosial paketin icrası şansları həmin büdcənin rəqəmləri baxımından məhdud görünürdü.

Bildiyiniz kimi,  2019-cu ildən bəri son beş il ərzində dörd sosial paket həyata keçirilib. Bunun nəticəsində ölkədə minimum əmək haqqı 345 manata, minimum pensiya məbləği 280  manata gəlib çatıb. Əhalinin gəlirlərində artım oldu, sosial müavinətlər, təqaüdlər və bir sıra ödənişlərin məbləği artırıldı. Ölkədə orta aylıq əməkhaqqı səviyyəsi 930 manata qədər gəlib çatıb. Amma növbəti il üçün bu rəqəmin 980 manat olacağı proqnoz edilir.

Son beş il ərzində inflyasiya, bahalaşma səviyyəsinin  iki rəqəmli həddə olub. Bu gəlirlərin böyük bir hissəsi əslində inflyasiyanın yeminə çevrilib. 2023-cü il ərzində may ayından etibarən ölkədə inflyasiya və bahalaşma tendensiyasının nisbətən səngidiyi qeydə alınır.  Hökumət, o cümlədən Mərkəzi Bank ilin sonuna inflyasiyanın  ilin yekununa bir rəqəmli səviyyədə qeydə alınmasını  gözləyir. Həm bu gözlənti, həm də dövlət büdcəsi baxımından  ilin əvvəli üçün sosial istiqamətdə artımlar nəzərdə tutulmur”.

Ən sərfəli kredit üçün müraciət et

İlkin variantda, yəni minimum əməkhaqqının artırılması, minimum pensiya məbləğinin yüksəldilməsi və s planlaşdırılmadığını qeyd edən ekspertin qənaətinə görə, bu heç də o demək deyil ki,  il ərzində belə bir addım atılmaya bilər:

“Hesab edirəm ki, hal-hazırki dövr , iqtisadi reallıq bir qədər qeyri- müəyyən dumanlı xarakter daşıdığından hökumət hələlik bu barədə konkret mövqe seçməyib.  Proseslərin gedişatından asılı olaraq ilin birinci rübündən sonra və yaxud da ikinci yarısında bu addımın atılması ehtimalı mövcuddur yəni  beşinci sosial paketin icrası mümkündür, amma hələ ki, ilin əvvəlindən bu nəzərdə tutulur. Bununla belə, ola bilsin ki, bir sıra sosial ödənişlər üzrə artımlar olsun.

Xatırladım ki,  ilin əvvəlində əmək pensiyalarının indeksləşdirilməsi də həyata keçiriləcək. Yəni əmək pensiyalarında da artım baş verəcək. Bahalaşma inflyasiya tempinin özünü hansı vəziyyətdə göstərməyindən asılı olaraq, hökumət də mövcud büdcə imkanlarına baxıb 2024-cü il ərzində minimum əməkhaqqının artırılması istiqamətində addım ata bilər”,-deyə Pərviz Heydərov vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et