2024-cü ildə maaşlar nə qədər qalxacaq? | Banco.az

2024-cü ildə maaşlar nə qədər qalxacaq?

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

2024-cü il üçün  büdcədən maliyyələşən təşkilatlarda  növbəti ildə dövlət bücəsindən əməyin ödənişi üzrə 9 milyard 7,2 milyon manatın xərclənməsi nəzərdə tutulur.

Banco.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifat üzrə bölgüsüsündə qeyd edilib.2024-cü ildə əməyin ödənilməsi xərclərinə yönəldiləcək vəsaitin məbləği 2023-cü ilin müvafiq göstəricinə nisbətən, cəmi 510 milyon manat və ya 6 faiz çoxdur.Cari  il üçün nəzərdə tutulan əməyin ödənilməsi fondu 8 milyard 497,2 milyon manatdır ki, bu da 2022-ci il üçün bu istiqamətdə xərclənən vəsaitdən 1 milyard 31,5 milyon manat çoxdur. 2024-cü ildə əməkhaqlarının artırılması üçün nəzərdə tutulan vəsait 2023-cü ildəkindən 2 dəfə azdır. Sənəddə dövlət büdcəsinin vergi daxilolmaları 17965,0 milyon manat, qeyri-vergi gəlirləri 16070,0 milyon manat proqnozlaşdırılıb.Ümumilikdə, 2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 33765,0 milyon manat proqnozlaşdırılıb. Qeyd etmək lazımdır ki, 2022-ci ildə minimum əməkhaqqı 20 faiz artırılaraq 250 manatdan 300 manata, 2023-cü ildə isə 15 faiz artırılaraq 300 manatdan 345 manata yüksəlib. 2021-ci ildə orta illik inflyasiya 6,7 faiz olsa da, illik inflyasiya 12 faiz təşkil etmişdi. 2022-ci ildə isə orta illik inflyasiya 13,9 faiz olmuşdu.

Proqnozlara əsasən 2024-cü ildə isə orta illik inflyasiyanın 5,2 faiz ola bilər. 2023-cü ildə inflyasiyanın 6,9 faiz olacağı proqnozlaşdırılmışdı. İnflyasiyanın ikirəqəmli göstərici ilə başlaması fonunda proqnoz rəqəmi da əvvəlcə 10,6 faizə, daha sonra isə 9,5 faizə dəyişdirildi. Eləcə də ötən il cari ildə orta aylıq əməkhaqqının inflyasiya səviyyəsinə yaxın - 7,1 faiz artacağı proqlaşdırılsa da, yanvar-avqust aylarının yekununda bu göstərici faktiki olaraq 11,3 faizə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2024-cü ildə dövlət büdcəsinin kəsiri 2023-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 144,3 milyon manat və ya 5,3 faiz az olmaqla 2 milyard 590 milyon manat (ÜDM-də xüsusi çəkisi 2023-cü illə müqayisədə 0,1 faiz-bənd az olmaqla 2,2 faiz) proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et