Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Qlobal işçi qüvvəsinin ən çox ehtiyacı olan bacarıqlı liderlərdir. Yüksək effektiv nəticələri olan liderlik və idarəetmə xüsusiyyətləri bacarığı işəgötürənlər tərəfindən qiymətləndirilən həsəd aparılan keyfiyyətlərdir.
Karyeranızda liderlik keyfiyyətlərini mənimsəməyiniz və liderlik bacarıqlarınızı inkişaf etdirməyiniz sizi işəgötürənlər üçün daha cəlbedici namizəd kimi göstərəcəkdir.
Tanınmış biznes jurnalı “Forbes”un 2024-cü ilin liderlik bacarıqları adlı məqaləsində bu keyfiyyətlərə sahib olmağın beş asan yolunu təqdim edib.
Banco.az həmin qaydaları təqdim edir:
1. Yenilikçi olun
Dünyanın iddialı, tanınmış iş adamlarının ortaq cəhətlərindən biri də innovasiyadır. Necə adlandırmağınızdan asılı olmaraq innovasiyanın nüvəsini yenilik, problemi həll etmə, yaradıcı düşüncə təşkil edir.
Heç vaxt özünüzü artıq edilmiş və ya sübut edilmiş işlərlə məhdudlaşdırmayın. Niyə status-kvoya etiraz etmək olmaz? Niyə norma norma olaraq qalmalıdır? Komandanızla yeni bir hədəf bucağı araşdırsanız sərhədlərə təzyiq edib şirkətinizin böyüməsinə kömək etsəniz kimsə sizin qarşınızda qala bilməz.
2. Məhsuldar olun
Arzulanan liderlər həmişə məşğuldurlar. Onlar iş yerində çoxlu görüşlər keçirir, səmərəli olmaq üçün vaxtın idarə edilməsi və çoxşaxəli işlərdə bacarıqlı olmağa çalışırlar. Vaxtın idarə edilməsinin əsas prinsiplərindən biri Pareto prinsipidir. Bu prinsipə görə prioritetləşmək qısa vaxtla belə maksimum məhsuldarlıq əldə etməyə imkan verir. Faktiki olaraq lazım olanı etməyə fokuslanın. Sosial media, iş yoldaşınızla ofis dedi-qoduları kimi diqqətinizi yayındıran amillərdən yayının. Özünüzü işə ən yaxşı şəkildə gətirməyə fokuslasanız qarşınızda daha çox imkanlar açılacaq.
3. Təşəbbüskar olun
Əvvəlcə özünüzü sual verin . Siz özünüzə meydan oxumağı bacaran və ya komandanın bir hissəsi olaraq həmkarlarınıza kömək etməyə könüllü olan insansınızmı? Komandanızın uğuruna töhfə verə biləcəyiniz yolları düşünmək və kollektiv şəkildə işləmək üçün yeniliklərdən istifadə edin. Təşəbbüs üçün fürsətlərə can atın, amma diqqətli də olun.
4. Əməkdaşlıq
Təkcə öz komandanızla deyil, digər departamentlərlə qarşılıqlı əlaqədə təşəbbüs göstərin və əməkdaşlıq edin. Bu, təşkilatın uğurunun inqrediyentlərindən biridir. Birdən çox komanda ilə məşğul olmaq öz karyeranızı da artıracaq, çünki çarpaz funksional əməkdaşlıq müsahibə zamanı qiymətləndiriləcək kritik səriştələrdən biridir. Bu, sizin ünsiyyət qurmaq və hətta münaqişələrin həlli bacarıqlarınız olduğunu nümayiş etdirir.
5. Pozitiv olun
İş dünyasında münasibət hər şeydir. Sizin karyera uğurunuz və təşkilatınızın inkişafı baş verən dəyişikliklərə müsbət münasibət bəsləmək bacarığınızdan asılıdır. Siz irəliyə hədəflənmiş düşüncə nümayiş etdirib vizyonu qoruyub saxlasanız bu iş mühitində münbit atmosferi yaratdığınız təəssüratını yaradacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!