Müəllif: Tamara Mustafayeva, Banco.az
“Reuters”in apardığı sorğuya görə, 2024-cü ildə bir çox inkişaf etməkdə olan ölkə valyutaları dollara qarşı dəyər qazanacaq.
Banco.az xəbər verir ki, Britaniyanın “Reuters” xəbər agentliyi inkişaf etməkdə olan ölkələrin (EM) valyutalarının göstəriciləri ilə bağlı sorğu keçirib.
Sorğunun nəticələrinə görə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini endirməyə başlayacağına dair proqnozlar artdığından inkişaf etməkdə olan ölkələrin valyutaları gələn il dollar qarşısında builki itkiləri kompensasiya edəcək və bir qədər yüksələcək.
Bununla belə, türk lirəsinin (TL) yaxın müddətdə dəyər qazanacağı gözlənilmir.
Qeyd edək ki, ABŞ-da inflyasiyanın azalması və FED-in pul siyasətində sərtləşdirmənin sona çatması ilə bağlı bəyanatlarının ardınca ötən ay dolların ucuzlaşması ilə EM məzənnə indeksi noyabr ayının əvvəlindən bu yana 2,6 faiz dəyər qazanıb və bu tendensiyanın gələn il də davam edəcəyi gözlənilir.
Bu il müvafiq olaraq 35 və 10 faiz ətrafında dəyər itirən türk lirəsi və Cənubi Afrika randının isə itkilərini tezliklə kompensasiya edəcəyi gözlənilmir.
Bizi sosial şəbəkələrdən izləyin!!