2024-cü ildə alınacaq ən yaxşı səhmlər - “Morgan Stanley”açıqladı | Banco.az

2024-cü ildə alınacaq ən yaxşı səhmlər - “Morgan Stanley”açıqladı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dünyanın inkişaf etmiş ölkələrində baş verən inflyasiyalar fonunda vətəndaşlar vəsaitlərini inflyasiyadan qorumaq üçün gəlirli investisiya sahələri araşdırıb tapırlar.

Bu istiqamətdə araşdırma aparan “Morgan Stanley” 2024-cü ildə alınacaq ən perspektivli 60-dan çox səhmin adını açıqlayıb.

Banco.az tam siyahını təqdim edir .

Bankın investisiya direktoru “Michael Wilson” deyib ki, hazırda bazarlardakı şərait 2024-cü ildə investisiya vəziyyətinin çətin olacağına işarə edir. Vilson bildirib ki, səhmlərin qiyməti insanların gəlirlərinin dəstəkləsə də ,  kapitallaşmaya görə ən böyük ABŞ şirkətlərinin daxil olduğu “S&P” 500 indeksində böyük artıma ümid etmək olmaz. Onun proqnozuna görə, indeks 2024-cü ili təxminən 4500 bənddə başa vuracaq. Vilson proqnozlaşdırır ki, indeksə daxil olan şirkətlərin qiymətli kağızları üzrə gəlirlilik 2024-cü ilin sonuna kimi 7%, 2025-ci ildə isə daha 16% artacaq.

Siyahını tərtib etmək üçün Morgan Stanley 2024-cü ildə alınacaq ən yaxşı səhmlər haqqında öz analitiklərinin fikirlərini və təxminlərini toplayıb. Ümumilikdə siyahıya müxtəlif sektorlardan 62 şirkət daxil edilib.

Səhiyyə sektorundakı şirkətlər (xüsusən də tibbi avadanlıq istehsalçıları), həmçinin əczaçılıq və biotexnologiya sektorlarının təmsilçiləri daxil edilib.

Fast food restoran şəbəkələri (KFC-nin sahibi McDonald's və Yum Brands siyahıdadır) və ümumilikdə istehlak xidmətləri sektoru, enerji şirkətləri və ödəniş sistemləri (Visa, Mastercard və American Express) də perspektivli hesab olunur.

Ən sərfəli kredit üçün müraciət et

 Bazarın hazırkı liderlərindən - ən dəyərli və ən böyük texnologiya şirkətlərindən - Morgan Stanley öz siyahısına yalnız Microsoft və Apple-ı daxil edib.

Morgan Stanley-ə görə, 2024-cü ildə investisiya ediləcək ən yaxşı səhmlərin tam siyahısı budur:

Cədvəldə şirkətin adı, fəaliyyət göstərdiyi sənaye, bazar simvolu (ticker) və son bağlanış qiyməti daxildir. Qeyd edək ki,  Vilson investorlara 2024-cü il portfellərində səliqəli balans yaratmağı tövsiyə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et