Müəllif: Tamara Mustafayeva, Banco.az
Interbrand tərəfindən hər il keçirilən “Dünyanın Ən Dəyərli Brendləri” (Ən Yaxşı Qlobal Brendlər) araşdırmasının 2023-cü il nəticələri açıqlanıb.
Banco.az xəbər verir ki, “Dünyanın Ən Dəyərli Brendləri” reytinqində marka dəyərini 4 faiz artıran “Apple” 502 milyard dollarla liderliyini qoruyub.
“Windows” əməliyyat sistemi və “Office” paketi ilə bazardakı hökmranlığını davam etdirən “Microsoft” 316 milyard 659 milyon dollar marka dəyəri ilə siyahıda ikinci yerdə qərarlaşıb.
Siyahının üçüncü pilləsində e-ticarət nəhəngi “Amazon”, dördüncü pillədə isə texnologiya nəhəngi “Google” qərarlaşıb.
Gəlin siyahının ilk onluğu ilə tanış olaq:
- Apple - 502,680 milyard dollar
- Microsoft - 316,659 milyard dollar
- Amazon - 276,929 milyard dollar
- Google - 260,260 milyard dollar
- Samsung - 91,407 milyard dollar
- Toyota - 64,504 milyard dollar
- Mercedes-Benz - 61,414 milyard dollar
- Coca-Cola - 58,046 milyard dollar
- Nike - 53,773 milyard dollar
- BMW - 51,157 milyard dollar
Bizi sosial şəbəkələrdən izləyin!!