Müəllif:Gülbəniz Hüseynli/Banco.az
2023-cü ildə dünyada texnologiya sahəsində maraqlı hadisələrlə yadda qaldı.
Banco.az onların bəziləri haqqında məlumatı təqdim edir:
2023-cü il dünyada texnologiya sahəsində yeni süni intellekt modellərinin önə çıxdığı il kimi diqqət çəkdi.
OpenAI tərəfindən hazırlanmış ChatGPT 2022-ci ildə istifadəçilərə təqdim edildikdən sonra onun rəqibləri də öz süni intellekt məhsullarını istifadəyə verdilər.
Google-un çətir şirkəti Alphabet, 2023-cü ilin ilk rübündə süni intellektli söhbət robotu “Bard”ı istifadəçilərinə təqdim etdi. Bununla kifayətlənməyən Google 2023-cü ildə təkcə mətnləri deyil, şəkilləri, videoları və səsləri də anlaya bilən Gemini adlı yeni süni intellekt modelinin varlığı ilə dünyanı tanış etdi.
ABŞ və Çin arasında çip böhranı yaşandı. Hər iki ölkə çip istehsalında istifadə olunan xammala ixrac məhdudiyyətləri tətbiq etdiyi üçün iki ölkə arasındakı münaqişə 2023-cü ildə növbəti mərhələyə keçdi.
COVID-19 epidemiyası başlayandan bəri texnologiya dünyasında işdən çıxarılmaları izləyən “Layoffs.fyi” saytındakı məlumata görə, texnologiya şirkətlərində ixtisarlar 2023-cü ildə də davam edib.
Bu il, Google Microsoft və Amazon da daxil olmaqla 1179 texnologiya şirkəti 260 mindən çox insanı işdən çıxarıb.
Bloomberg Billionaires Index-dəki məlumatlara görə, 2023-cü ildə dünyanın ən zəngin adamları siyahısında texnologiya sahəsində fəaliyyət göstərən insanların çəkisi artıb.
Siyahıya kosmos araşdırmaları, ağıllı nəqliyyat vasitələrindən sosial mediaya qədər bir çox sahədə fəaliyyət göstərən amerikalı milyarder Elon Musk liderlik edir. Onu sərvəti 235 milyard dollar həddindədir. Siyahını daha sonra Ceff Bezos, Bill Qeyts və Stiv Balmer davam etdiriblər. Siyahıda altıncı yerdə qərarlaşan Mark Zukerberqin sərvəti 128 milyard dollar həddindədir.
Bizi sosial şəbəkələrdən izləyin!!