Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2023-cü ildə 303 milyon 983 min ABŞ dolları dəyərində 1 milyon 175 min 341 ton buğda idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 30,4%, həcmi isə 9,1% azalıb.
Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 258,6 dollar olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 23,4% və ya 79 dollar azdır.
Əlavə edək ki, ötən il buğda idxalı Azərbaycanın ümumi idxalının 1,76%-nə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!