2023-cü ildə Azərbaycanın sığorta bazarı 26% artıb | Banco.az

2023-cü ildə Azərbaycanın sığorta bazarı 26% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı 18 sığorta şirkətinin xətti ilə 2023-cü ildə 1 milyard 222 milyon 537 min manat sığorta haqqı yığılıb. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 251 milyon 714 min manat və ya 25,9% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 587 milyon 325 min manata bərabər olub. Bu da illik müqayisədə 154 milyon 123 min manat və ya 35,6% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram