“2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Layihəni qanunverici orqanın Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.
Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində nəzərdə tutulur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
report
Bizi sosial şəbəkələrdən izləyin!!