Tamara Mustafayeva, Banco.az
2022-ci il Sülh üzrə Nobel mükafatının qaliblərinin adı açıqlanıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, İsveç Akademiyası 2022-ci il üzrə Nobel Sülh Mükafatını belaruslu hüquq müdafiəçisi Ales Bialiatski, Rusiya "Memorial" İnsan Hüquqları Təşkilatı və Ukrayna Mülki Hüquqlar üzrə İnsan Haqları Təşkilatına verib.
Akademiyanın bəyanatında deyilir:
"Sülh mükafatı laureatları öz ölkələrində vətəndaş cəmiyyətini təmsil edirlər. Onlar uzun illərdir fundamental hüquqların müdafiəsi üçün çalışırlar. Müharibə, cinayət, insan hüquqlarının pozulması və səlahiyyətdən sui-istifadə hallarını sənədləşdirmək üçün çox böyük səy göstəriblər".
Bizi sosial şəbəkələrdən izləyin!!