2022-ci ilin son rübündə investisiya xərclərinin məbləği digər rüblərdən fərqlənib | Banco.az

2022-ci ilin son rübündə investisiya xərclərinin məbləği digər rüblərdən fərqlənib

Dövlət büdcəsinin icrası barədə təqdim edilmiş məlumatlardan aydın olur ki, dövlət əsaslı vəsait qoyuluşu üzrə illik məbləğin 47,9%-i sonuncu rübdə icra edilib.

Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.

    Belə ki, il ərzində 3280,4 mln. manat dövlət əsaslı vəsait qoyuluşu icra edildiyi halda, 4-cü rüb üzrə bu məbləğ 1571,1 mln. manat, o cümlədən dekabr ayı üzrə 918,4 mln. manat, yəni illik icranın 28,0%-ini təşkil edib. Eyni zamanda qeyd etmək olar ki, layihələr üzrə xarici kreditlər istisna olmaqla dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) 49,5%-i, xarici kreditor qurumlarla birgə maliyyələşmə əsasında həyata keçirilən layihələr üzrə kreditlərin 28,7%-i 4-cü rübdə istifadə edilib.

    Ən sərfəli kredit üçün müraciət et

    APA

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et