2022-ci ilin ən məşhur jurnalistləri kimlərdir? | Banco.az

2022-ci ilin ən məşhur jurnalistləri kimlərdir?

Aida İsaq, Banco.az

Müasir dövrdə günə informasiyalarsız, xəbərlərsiz başlamaq mümkünsüz görünür. Əvəllər dünya və ölkə gündəmi barəsində məlumat almaq üçün axşam saatlarında sadəcə radio dinləmək, televiziya kanallarını izləmək kifayət edirdi. Amma hazırda şərtlər tam başqa formada dəyişib. Gözdən qaçırtdığımız məqamlar gün ərzində həyat rejimimizə təsirsiz ötüşmür. Buna görə də, sosial media, internet kanalları, xəbər yayımları insanlar tərəfindən davamlı formada izlənilir. Əlbəttə ki, bütün bu məlumatların bizə rahat formada gəlib çatması isə jurnalistlərin peşə məsuliyyətini layiqincə yerinə yetirməsindən qaynaqlanır.

Bu gün öz işinə qərəzsiz, məsuliyyətlə və obyektiv yanaşan bütün media işçiləri insanlar tərəfindən rəğbətlə qarşılanır. Elə isə, gəlin, 2022-ci ildə bütün dünyanın heyran qaldığı jurnalistlərlə birgə tanış olaq:

Lester Holt, NBC News

Siyahının ilk pilləsində ən yaxşı xəbər jurnalistləri siyahısında liderliyini qoruyan Lester Holt gəlir. O, 2015-ci ildən bəri müntəzəm olaraq NBC Nightly News-da xəbər aparıcısı olaraq çalışır. Bir neçə onillikləri əhatə edən peşəkar karyerası ilə, dünyanın ən əlamətdar hadisələrini işıqlandırmağa davam edir.

Anderson Cooper, CNN

New York Times-ın ən çox satılan müəllifi və CNN-in hazırkı aparıcısı Anderson Kuper Amerikada ən tanınmış xəbər müxbirlərindən biridir. 1989-cu ildə Yale Universitetini bitirən Anderson jurnalistika karyerasına Birinci Kanal Xəbərləri (Channel One News) üçün müharibədən əziyyət çəkən bölgələri işıqlandırmaqla başlayıb. Hazırda o, CNN-də Anderson Cooper 360° şousunun əsas aparıcısı, eyni zamanda 60 dəqiqəlik xəbər buraxılışının müxbiridir.

David Muir, American Broadcasting Company

Nyu-Yorkun sevilən xəbər jurnalisti David Muir "ABC World News Tonight"ın cari aparıcısıdır. Populyar şounun siması olması onu Amerikada və bütün dünyada məşhurlaşdırdı.

Geniş mövzuları əhatə edən beynəlxalq reportajlarına görə bir neçə dəfə Emmy mükafatına, eləcə də Edvard R. Murrow mükafatına layiq görülüb. Onun karyerası 1994-cü ildə WTVH-TV-nin aparıcısı və müxbiri olduğu vaxtdan başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Shereen Bhan, CNBC-TV18

Kamera qarşısında olarkən səmimiliyə diqqət çəkərək böyük sevgi qazanan Shereen Hindistanda ən tanınmış xəbər müxbirlərindən biridir. Hazırda ölkənin ən uzun müddətli şoularından biri olan "Young Turks"in  redaktoru olaraq fəaliyyət göstərir. Bundan əvvəl o, Hindistanın bir çox verlişlərində, o cümlədən “Hindistan Business Hour” və “The Nation’s Business” proqramlarında müxbir və xəbər aparıcısı olub. Shereen Hindistan Ticarət və Sənaye Palataları Federasiyası tərəfindən 2005-ci ildə ilin qadını seçilib. 2009-cu ildə isə Dünya İqtisadi Forumunun Gənc Qlobal Liderləri siyahısında yer almağa nail olub.

Robin Roberts, ABC

Dünyanın ən məşhur səhər şoularından biri olan "Good morning America"nın siması Robin Roberts sektorun ən istedadlı jurnalistlərindən hesab olunur. O, karyerasına Missisipidə yerli radio və televiziya şouları üçün idman aparıcısı olaraq fəaliyyət göstərib. 2005-ci ildə American Broadcasting Company-də çalışmağa başlayır. O, həmçinin bir neçə motivasiya yönümlü kitabların da müəllifidir.

Christiane AmanpourCNN

Christiane Amanpour CNN-in əsas beynəlxalq aparıcısı olmaqla yanaşı sektorun ən tanınan simalarından biridir. Britaniyalı-iranlı jurnalistin karyerası otuz ili əhatə edir. O, doqquz dəfə  Emmy mükafatına, eləcə də yenilikçi reportajlarına görə digər mükafatlara da layiq görülüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et