2022-ci ildə dünyada 45 mln. insan aclıqla üzləşə bilər | Banco.az

2022-ci ildə dünyada 45 mln. insan aclıqla üzləşə bilər

2022-ci ildə 43 ölkədən təxminən 45 mln. insan aclıqla üzləşə bilər.

Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin 2022-ci il üzrə Qlobal Humanitar İcmalında bildirilir.

"Həddindən artıq yoxsulluq yenidən artmaqdadır. 43 ölkədə 45 mln. insan üçün aclıq qorxunc bir perspektiv olaraq qalır", - sənəddə deyilir.

Ən çox ehtiyacı olan 173 mln. insana yardım göstərmək üçün 41 mln. ABŞ dolları lazımdır.

Bundan əvvəl, UNICEF-in Əfqanıstandakı ofisinin kommunikasiya şöbəsinin rəhbəri Samanta Mort ölkədə 1 mln. çox uşağın aclıqdan ölmək ərəfəsində olduğunu bildirmişdi.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et