2021-ci ildə müştərilər ən çox nəyə üstünlük verəcək? | Banco.az

2021-ci ildə müştərilər ən çox nəyə üstünlük verəcək?

Tamara Mustafayeva, Banco.az

Daim dəyişən və inkişaf edən istehlakçı vərdişləri xüsusən də 2020-ci ildə əvvəlki illərə nəzərən daha sürətlə dəyişdi. Müəssisələr geridə qoyduğumuz surprizlərlə dolu bu ilin həm yerli, həm də qlobal miqyaslı təsirlərinə uyğunlaşmağa çalışdılar. Məsələn, daha çox insanın məsafədən işləməsi, insanların evdə daha çox vaxt keçirməsi e-ticarət satışlarının rekord səviyyəyə çatmasına şərait yaratdı. “Zoom”, “Google Meet” kimi tətbiqlər artıq hər kəsin həyatının ayrılmaz hissəsinə çevrildi.

Odur ki, biz də bugünkü məqalədə sizə 2020-ci ildə həyatımıza daxil olan və bu il də mövcud olacağını düşündüyümüz 4 istehlakçı davranışını təqdim edirik.

Sağlamlıq hər kəs üçün prioritet olacaq

2020-ci il boyunca pandemiya ilə mübarizə aparan bütün dünya insanları üçün şübhəsiz ki, ən mühüm məsələ sağlamlıqdır. Bu vəziyyət 2021-ci ildə də davam edəcək. Qida əlavələri, vitaminlər və probiotiklər, yəni xüsusən immunitet sistemini gücləndirən vasitələrə tələbat bu il də ötən ilki qədər yüksək olacaq.

Bu qida və dərman tərkibli məhsullarla yanaşı səhiyyə ilə bağlı mobil tətbiqlər, geyiniləbilən texnologiyalar, abunəliyə əsaslanan onlayn idman platformaları, ev üçün idman ləvazimatları, məsafədən fərdi inkişaf məsləhətçiliyi kimi tələbatlar da bu il əsaslı artım göstərəcək. Fiziki sağlamlıqla yanaşı psixoloji sağlamlığımızın da qayğısına qalmaq üçün onlayn terapiya seanslarına marağımız daha da artacaq.

Yaxşı görünüşə sahib olmaq hər zaman əvəzedilməzdir

İnsanlar hansı şəraitdə olursa olsun, gözəl görünüb gümrah hiss etməyə bu il də böyük əhəmiyyət verəcəklər. Ancaq bu il daha sadə gözəllik anlayışı ön plana çıxacaq.

Evlə əlaqədar hər şey daha çox dəyər qazanacaq

Ən sərfəli kredit üçün müraciət et

Məlum olduğu kimi, pandemiya ərzində insanlar evlə əlaqədar məhsullara böyük maraq göstərdilər. İlk dəfə yemək bişirməyə cəhd göstərənlər və ya mətbəxinə yeni məişət avadanlıqları almaq istəyənlərin fonunda hər kəs ev, ailə, yemək kimi mövzulara daha çox diqqə yetirməyə başladı. Yemək bişirmək ailələrin birlikdə icra edə biləcəkləri əyləncəli fəaliyyət növü oldu. Bununla yanaşı, ev artıq uşaqlar üçün təhsil mərkəzi, valideynlər üçün ofis mühiti və yaşından asılı olmayaraq hər kəs üçün əyləncə məkanına çevrildi. Nəticədə insanlar evdə daha çox vaxt keçirdikcə “konfort zona” anlayışı ön plana çıxdı və təmir və tikinti məhsullarının satışında rekord göstəricilər müşahidə olundu.

2021-ci ildə də evdə vaxt keçirmə anlayışı artıq daha çox mənimsənildiyi üçün hər hansı məhsulun onlayn sifariş verilməsi və birbaşa evə çatdırılması seçimi insanların ilkin ağlına gələn variant olacaq. Bu xidmətləri təmin edən şirkətlər dəyər qazanacaq. Məsələn, Amazon kimi bir çox şirkətin gəlirləri 2020-ci ildə yarım trilyondan çox artmışdı.

E-idman və sosial media güclənməyə davam edəcək

Youtube, Facebook, IG, Twitter və Snapchat kimi platformalar bu il də videolarla zənginləşəcək. Odur ki, şirkətlərin marketinq mütəxəssisləri hər nəslin nümayəndəsi olan müştərilərə necə çatacaqlarını və hansı formada satışı həyata keçirəcəklərini yenidən düşünməyə başlayacaqlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et