2020-ci ilin sonunda bitkoinin dəyəri necə olacaq? | Banco.az

2020-ci ilin sonunda bitkoinin dəyəri necə olacaq?

BTCC kriptovalyuta platformasının rəhbəri Bobbi Li bitkoinin halvinqinin onun dəyərinə müsbət təsir göstərə biləcəyini açıqlayıb. Əsas sikkənin yüksəlməsi sabit qalarsa, ilin sonuna qədər tarixi maksimumu yeniləyəcək və dəyəri 25 min dollara çatacaqdır. Mütəxəssis mənfi ssenarini də istisna etməyib, lakin indiki reallıqda bu, aşağı ehtimaldır. Bobbi Li halvinqin faydalı olacağına daha çox inanır.

Həmçinin oxu: Bitkoinin dəyəri son yeddi ildə ilk dəfə olaraq kəskin artdı

“Bu hadisə bitkoinin öz sahiblərinin çoxu üçün əsas maliyyə alətinə çevrilməsindən sonra baş verən ilk halvinqdir. Altkoinlər cari vəziyyətdə maynerlər üçün mükafatın bölüşdürülməsinin nəticələrindən daha az müdafiə olunub. Əsas şəbəkənin heşreyti hələ də stabildir və hətta artım nümayiş etdirir, bu da sikkə hasilatçılarının sahədə qalmağa marağını göstərir. Söylədiklərimin fonunda bitkoin dəyərini ikiqat artırmaq və hətta tarixi maksimumunu yeniləmək üçün əla şanslara malikdir”, — Li qeyd edib.

Son bir neçə həftə ərzində müşahidə edilən investor axını da bitkoinin böyüməsi üçün stimul ola bilər. Fiat aktivlərinin sahibləri rəqəmsal valyutanı daha etibarlı alternativ kimi görürlər. Bitkoin minimum dəyişkənlik dəyərlərini qoruya bilsə, ilin sonuna qədər problem olmadan dollar və qiymətli kağızlarla rəqabət apara bilər. Belə ki, sonuncular iqtisadi böhran şəraitində özlərini olduqca qeyri-sabit göstərdi. Əsas göstəricilər neftin qiymətinin düşməsindən sonra azaldı. Fiat bazarı da həmçinin koronavirus epidemiyası səbəbindən etibarsız görünür.

Ən sərfəli kredit üçün müraciət et

2019-cu ilin noyabr ayında Bobbi Li bildirib ki, bitkoin ilin əvvəlində əldə etdiyi mövqeləri qoruyarsa, 2020-ci ilin sonuna qədər dəyəri 500 min dollara qədər arta bilər. Bu, baş versə, kriptovalyuta kapitallaşdırılma üzrə hətta qızılı da geridə qoyacaq. Mart ayında bitkoinin ucuzlaşmasından sonra Li proqnoza bir az düzəliş etdi, lakin sikkələri satmamağa səslədi. Və əminliklə bildirdi ki, qiymətləri mütləq qalxacaq, ancaq nə qədər artacağı hələlik məlum deyil.

Digər mütəxəssislər də bitkoinin halvinqinin ciddi nəticələr verməyəcəyini güman edirlər. Hal-hazırda bitkoin mövqelərini tədricən itirən fiatın alternativi hesab olunur. Əgər may ayınacan vəziyyət dəyişməzsə, kriptovalyutanın dəyəri, həqiqətən, mayninqin gəlirliliyini saxlayaraq iki dəfə arta bilər.

Qeyd edək ki, Almaniyada bank xidmətində kriptovalyuta startaplarından imtina edilir.

Nigar Umaxanlı, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et