Vivo şirkətinin yeni IQOO 3 5G modelinin 2020-ci ilin başlanğıcı üçün ən sürətli smartfon olduğu təsdiq edilib.
Paylaşılan məlumata görə, IQOO 3 5G modeli işləmə sürətinə görə bütün əvvəlki qadcetləri geridə qoyub. Smartfonda UFS3 3.1 standartının məlumatları oxuması sürəti 1800 Mb/saniyəyə çatır. Məlumatların yazılma sürəti (700 Mb/san) də ekspertləri təəccübləndirib.
Qeyd edək ki, qurğunun məhsuldarlıq üzrə sınaqları çox nüvə eksperimentlərində 3217 bal nəticə göstərib. Bu, hazırda maksimal göstərici hesab edilir.
Ted.az