2020-ci ilin dövlət büdcəsi vaxtında hazırlanmaya bilər | Banco.az

2020-ci ilin dövlət büdcəsi vaxtında hazırlanmaya bilər

Maliyyə Nazirliyi nazirliklərə, dövlət komitələrinə, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara müraciət edib.

Müraciət nazirin I müavini İlqar Fətizadənin adından ünvanlanıb. 

Müraciətdə bildirilir: 

"Büdcə sistemi haqqında" qanuna uyğun olaraq, 2020-ci il və sonrakı 3 il üçün dövlət büdcəsinin göstəricilərinin Maliyyə Nazirliyinə təqvim müddəti iyulun 1-nə qədər müəyyən edilib. 

Bu günə qədər həmin göstəricilərin təqdim edilməməsi 2020-ci ilin dövlət və icmal büdcəsinin layihəsinin, eləcə də sonrakı 3 il üçün icmal büdcənin göstəicilərinin vaxtında hazırlanmasına mane ola bilər. 

Qeyd olunanları nəzərə alaraq qısa müddət ərzində müvafiq büdcə göstəricilərinə Maliyyə Nazirliyinə təqdim etməyiniz xahiş olunur. 

Report.az