"2020-ci ildən sonra milyarderlər 34 faiz varlanıb" | Banco.az

"2020-ci ildən sonra milyarderlər 34 faiz varlanıb"

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Oxfam”: 2020-ci ildən sonra milyarderlər 34 faiz varlanıb.

Banco.az xəbər verir ki, İngiltərənin beynəlxalq humanitar yardım təşkilatı “Oxfam” bəyan edib ki, 2020-ci ildən sonra qlobal pandemiya, müharibə, yüksək yaşayış dəyəri və iqlim dəyişikliyi kimi böhranlar varlılarla yoxsulluq içində yaşayanlar arasında uçurumu daha da artırıb.

“Oxfam” İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun (WEF) illik iclasları çərçivəsində "Bərabərsizlik" adlı hesabatını dərc edib.

Hesabatda qeyd edilib ki, 2020-ci illərin əvvəllərində liderlər üçün dünyanı cəsarətli, yeni və daha ədalətli istiqamətə götürmək imkanı yaransa da, bu, hələ baş tutmayıb. Hesabatda 2020-ci ildə dünyada bir çox insanın ciddi çətinliklərlə üzləşdiyi vurğulanıb və 2019-cu illə müqayisədə 4,8 milyard insanın yoxsul olduğu qeyd edilib.

Hesabatda həmçinin qeyd olunub ki, Qlobal Şimal və Qlobal Cənub arasında bərabərsizlik ötən 25 ildə ilk dəfə artıb.

Ən sərfəli kredit üçün müraciət et

2020-ci ildən bəri ifrat sərvət artımı reallaşdığı vurğulanan hesabatda bildirilib ki, milyarderlər 2020-ci ildən sonra 10 illik böhranın başlanğıcı ilə müqayisədə 3,3 trilyon dollar və ya 34 faiz zənginləşib, sərvətləri isə inflyasiyadan üç dəfə çox artıb.

Hesabatda ötən 20 ilin böyük şirkətlər üçün qeyri-adi dərəcədə qazanclı olduğu və son bir neçə ildə gəlirliliyin daha da artdığı, 2021 və 2022-ci illərdə ən böyük şirkətlərin mənfəətində 89 faiz artım olduğu və 2023-cü ilin ən gəlirli il olaraq bütün rekordları qıracağı bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et