2020-ci il haqqında yazılan tvitlər reklam afişalarına çevrildi | Banco.az

2020-ci il haqqında yazılan tvitlər reklam afişalarına çevrildi

Tamara Mustafayeva, Banco.az

2020-ci ildə bütün dünyanı təsiri altına alan koronavirus pandemiyası səbəbilə uzun müddət ailəmizdən və dostlarımızdan uzaqda qalmalı, sosial fəaliyyətlərimizi məhdudlaşdırmalı olduq; kinoteatr və konsertlərə gedə, kafelərdə oturub sevimli şirniyyatımızın dadına baxa bilmədik. Twitter şirkəti də bu yaşadığımız hadisələrlə bağlı yazdığımız tvitləri reklam afişalarına çevirməyə qərar verib.

Sosial media platforması bu illə bağlı hisslərini zarafatyana tərzdə bölüşən istifadəçilərin tvitlərini açıq hava reklam kampaniyasına çevirib. Şirkət 2020-ci il haqqında 6 milyondan çox bu tərzdə tvit yazıldığını açıqlayıb.

"2020-ci il hər hansı bir insan olsaydı, keçmiş sevgilim olardı."

"2021-ci ilin ilk qaydası - 2020 barəsində danışma."

Şirkət artıq dünəndən etibarən Nyu-York, Los-Anceles, Filadelfiya, San-Fransisko və Oklend şəhərlərində reklam afişaları və divar rəsmləri kimi açıq hava reklamlarının yerləşdirilməsinə başlayıb. Sözügedən kampaniya 28 dekabr tarixinədək 49 sayda açıq hava reklamı vasitəsilə 24 tviti ön plana çıxararkən, qəzet köşkləri və avtobus dayanacaqlarındakı afişalar isə 31 dekabradək nümayiş etdiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

"Treylerini izləməmiş 2021-ci ilə daxil olmayacam."

Həmçinin oxu: 4 böyük reklam rəqabəti

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et