2019-un sonunadək Azərbaycan Qazaxıstanda Ticarət Evi açacaq | Banco.az

2019-un sonunadək Azərbaycan Qazaxıstanda Ticarət Evi açacaq

2019-cu ilin sonuna qədər Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycanın Ticarət Evi açılacaq. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

“Nur-Sultan şəhərində Ticarət Evinin açılması işləri son mərhələdədir. Cari ilin sonunadək Ticarət Evinin açılışı planlaşdırılır”, - nazirlikdən qeyd ediblər.

2017-ci ildə İqtisadiyyat Nazirliyi "Made in Azerbaijan" brendi altında qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə Ticarət evlərinin yaradılması ideyasının təşviqinə başlayıb. Azərbaycanın ilk Ticarət Evi 2017-ci ildə Minsk şəhərində açılıb.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ildə isə Kiyev, Riqa və Varşavada Ticarət evləri fəaliyyətə başlayıb.

2019-cu ildə BƏƏ-də Ticarət Evi açılıb.

Bu il İqtisadiyyat Nazirliyi xaricdə 10-dək Ticarət Evi və Şərab Evinin açılmasını nəzərdə tutur.

©  “İnterfaks-Azərbaycan”

Ən sərfəli krediti almaq üçün müraciət et