“2019 İxraca Dəstək” mövzusunda təlim keçirilib | Banco.az

“2019 İxraca Dəstək” mövzusunda təlim keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "İnnovasiyalar Mərkəzi”-nin və “My Broker” gömrük təmsilçiliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Dövlət Gömrük Komitəsinin rəsmi dəstəyi ilə ixracatçı sahibkarlara "2019 İxraca Dəstək" layihəsinin II hissəsi təqdim olunub.

Təlim çərçivəsində yerli istehsalın xarici bazarlara çıxarılmasının stimullaşdırılması və asanlaşdırılması üzrə ixrac gömrük əməliyyatında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, ixrac biznes strategiyası və beynəlxalq daşınmada işlərin hansı mərhələlər ilə həyata keçirilməsi barəsində məlumat verilib.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə ölkəmizdə ixracatçılar üçün hərtərəfli şərait və potensialın olmasını qeyd edərək 2019-cu il ərzində ixrac gömrük bəyannamələrinin tərtib olunması daxil olmaqla, yerli istehsalçılarımıza ixrac üzrə gömrük xidmətlərinin əksəriyyətinin ödənişsiz həyata keçirilməsi, ixrac gömrük bəyannamələrinin doldurulması istiqamətində maarifləndirici təlimlərin, habelə “Bir  Pəncərə” İxraca Dəstək Mərkəzinə müraciət edən sahibkarların “My Broker” Gömrük Təmsilçiliyi şirkətinin ödənişsiz əsaslarla xidmətlərinin əhəmiyyəti barədə danışıb.

Ən sərfəli kredit üçün müraciət et

“My Broker” gömrük təmsilçiliyinin direktoru Rəşad Əliyev təlimin  ixracatçılar üçün mühüm əhəmiyyət daşıdığını və onların xarici ticarət fəaliyyətlərlərini stimullaşdıracağını bildirib.

Tədbirin sonunda maarifləndirici video-çarx nümayiş olunub.Təqdimatdan sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Ən sərfəli krediti almaq üçün müraciət et