2019-cu ilin sosial islahat paketi haqqında “Video icmal” hazırlanıb | Banco.az

2019-cu ilin sosial islahat paketi haqqında “Video icmal” hazırlanıb

 Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Prezident İlham Əliyevin rəhbərliyi ilə 2019-cu ildə reallaşdırılan inqilabi sosial islahatlara həsr olunan “Video icmal” hazırlayıb.

Sosial islahatlara həsr olunan video-çarxda  qeyd olunub ki, 2019-cu ildə həyata keçirilən inqilabi sosial islahatlardan sonra Azərbaycan MDB-də lider ölkədir. İcmalda məlumat verilib ki, İnqilabi sosial islahatlar iki paket şəklində təqdim olunub. Ilk sosial paket mart-aprel, ikinci sosial paket sentyabr- oktyabr aylarında təqdim olunub. Video çarxda hər iki sosial islahat paketinin əhatə dairəsi, maliyyə yükü barədə ətraflı detallı informasiya var.

İcmalla iqtisadiislahat.org saytında İcmallar bölümündən tanış olmaq mümkündür: