2019-cu ilin gecə rejimi olmayan yeganə flaqmanı | Banco.az

2019-cu ilin gecə rejimi olmayan yeganə flaqmanı

Bu il smartfon sənayesi alt ekran görüntü sensorlarını aktiv şəkildə uyğunlaşdırdı və mobil cihaz kameralarının imkanlarını daha da yaxşılaşdırdı. Xüsusilə gecə çəkilişi rejimi nisbətən ucuz smartfonlarda da təmin olundu.

Ancaq smartfon bazarında HMD Global-a məxsus gecə çəkilişi rejimini dəstəkləməyən Nokia 9 PureView də var.

Ən sərfəli kredit üçün müraciət et

“HMD Global” şirkətinin baş direktorunun köməkçisi Yuxo Sarvikas smartfonun nə üçün gecə rejimində çəkilişi dəstəkləmədiyini izah edib. O bildirib ki, smartfonun yaradılmasında “Light” texnologiyasından istifadə edilib ki, bu da kameranın işində hansısa dəyişiklik edilməsinə mane olur. O, kameranın bu xüsusiyyətinə görə "aşağı işıq alqoritmini" istifadə edə bilmədiklərini deyib.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et