2018-ci ilin yanvar ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb! | Banco.az

2018-ci ilin yanvar ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb!

31 yanvar 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri  28,169.7 mln. manat, cəmi öhdəlikləri isə 24,367.9 mln. manat təşkil etmişdir. Palatadan Banco.az-a verilən məlumata görə, Sektorun balans kapitalı 3,801.8 mln. manat, əhalinin əmanətləri isə 7,482.5 mln. manat olmuşdur. 2018-ci ilin yanvar ayı ərzində bank sektorunun aktivləri 0.9% (249 mln. manat), öhdəlikləri 0.6% (156 mln. manat), kapitalı isə 2.5% (93 mln. manat) artmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,439 olmuşdur. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,207 nəfər təşkil etmişdir.

31 yanvar 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.