2018-ci ilin II rübündə bankların leverec əmsalı nə qədərdir? - Equity Multiplier ratio | Banco.az

2018-ci ilin II rübündə bankların leverec əmsalı nə qədərdir? - Equity Multiplier ratio

Equity Multiplier əmsalı Leverec əmsallarından biridir. Ümumiyyətlə maliyyə sistemində tanınmış iki  leverec əmsalı mövcuddur:

1) D/E ratio = Total Debt/Total Equity ( Cəmi borc/Cəmi kapital)

2) Equity Multiplier = Total Assets/Total Equity (Cəmi aktivlər/Cəmi məcmu kapital)

Bu gün biz ROE əmsalının hesablanmasında payı olan Equity Multiplier əmsalını müəyyən edəcəyik. Bu əmsal şirkətlərin aktivlərində öhdəliklərin yoxsa kapitalın daha çox olduğunu göstərir. Yəni onun yüksək olması şirkətin aktivlərinin daha çox öhdəliklərdən təşkil olunduğunu, az olması isə daha çox kapitaldan ibarət olduğunu göstərir.

Bank

Equity Multiplier

Pakistan milli bankı

1,05

Bank Melli İran

1,53

Bank VTB

2,34

Bank Avrasiya

2,68

Naxçıvan Bank

2,77

Günay Bank

3,00

Express Bank

3,12

Ziraat Bank

3,60

NBC Bank

4,16

AtaBank

4,33

Bank Silkway

4,78

Bank BTB

5,46

AzərTürkBank

5,88

YapıKrediBank

6,19

Nikoil Bank

6,24

AmrahBank

7,05

TuranBank

7,12

Rabitəbank

7,13

Muğan Bank

7,14

Xalq Bank

7,33

AFB bank

7,60

Unibank

7,89

Azərbaycan Beynəlxalq Bank

10,00

AG Bank

12,00

ASB bank

12,02

Bank of Baku

12,29

Kapital Bank

14,61

Paşa Bank

17,77

Bank Respublika

20,19

Accessbank

29,51

Ən sərfəli kredit üçün müraciət et

Gördüyümüz kimi, ilk beşlikdə olan banklar öhdəliklər üzrə renkinqdə ən sonuncu 5 yeri paylaşan banklardır. Bu isə o deməkdir ki, həmin bankların aktivlərinin çox hissəsi kapitaldır, öhdəliklər deyil.

Buna da bax:

Bankların balansindaki ohdəliklər nə qədərdir?

Məcmu kapital üzrə renkinq