2018-ci ili AGBank çox uğurlu tamamladı. İlkin olaraq onu qeyd etmək istəyirik ki, bank 2017-ci ildən fərqli olaraq 2018-ci ili gəlirlə başa vurmuş və il ərzindəi 5,4 mln. manat xalis gəlir əldə etmişdir. Bundan əlavə bank il ərzində səhmlərin iki emissiyasını həyata keçirərək nizamnamə kapitalını 1,6 mln. manat artıraraq 103,8 mln. manata çatdırmışdır.
İl ərzində faiz xərclərinin 25% azaldılması hesabına 2018-ci ildə bankın faiz marjasında artım tempi 54% təşkil etmişdir.
Qeyri faiz gəlirləri 5,4 milyon manat artmış, qeyri faiz xərcləri isə 6,3 milyon manat azalmışdır. Bunun nəticəsində bankın qeyri-faiz marjası 38% artmışdır. Qeyri faiz gəlirlərin artımı əsasən əməliyyat gəlirlərinin artması hesabına baş vermişdir. Qeyri faiz gəlirlərinin qeyri faiz xərclərini örtülmə nisbəti 112% təşkil edir ki, buda beynəlxalq təcrübədə qəbul olunmuş 50% əmsaldan 2.2 dəfə artıq göstəricidir.
Bankın qəbul etdiyi xərclərin optimallaşdırılması strategiyasına uyğun olaraq 2017-ci illə müqayisədə inzibati xərclər 1,1 milyon manat azalmışdır. Mövcüd kadr potensialından səmərəli istifadə olunması nəticəsində işçilərə çəkilən xərc əvvəlki illə müqayisədə 10% azalmışdır.
Bankın dayanıqlığını qiymətləndirmək üçün beynəlxalq praktikada istifadə olunan bir sıra göstəricilərdə də müsbət nəticələr əldə olunmuşdur. Belə ki, gəlirlərin və xərclərin artım tempi müvafiq olaraq 1,10 və 0,89 olmuş və nəticədə gəlirlərin artımının elastikliyi əmsalı 1,24 olmuşdur. Əmsalın 1-dən çox olması vəsaitlərin qənaətlə istifadəsini göstərir. 2018-ci ilin nəticəsinə görə bank keçmiş illərdə itirmiş kapitalını bərpa etmişdir. Belə ki, 31 dekabr 2018-ci il tarixinə bankın məcmu kapital 52,4 milyon manat və məcmu kapitalın adekvatlıq əmsalı 10,11% təşkil etmişdir.
BALANS HESABATI
(min manatla) | |
Aktivlərin maddələri | Cəmi |
1 | 2 |
1. Nağd vəsaitlər | 16731.82 |
2. "Nostro" hesablar | 53476.41 |
3. Digər maliyyə institutlarına kreditlər | 11571.24 |
4. Müştərilərə verilən kreditlər | 245695.14 |
4.1 (çıx) Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat | 39468.02 |
4.2 Xalis kreditlər (sətir 10 çıx sətir 10.1) | 206227.12 |
5. Əsas vəsaitlər və qeyri-maddi aktivlər | 98081.03 |
6. Digər təsərrüfat cəmiyyətlərində iştirak | 465.67 |
7. Balansdankənar aktivlər uzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat | 2.06 |
8. Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla) | 109642.76 |
9. Cəmi aktivlər | 496193.99 |
ÖHDƏLİKLƏR
(min manatla) | |
Öhdəliklərin maddələri | Cəmi |
1 | 2 |
1. Depozitlər (banklar və digər maliyyə institutları istisna olmaqla), cəmi | 236836.55 |
2. Bankların və digər maliyyə institutlarının depozitləri və kreditləri | 135358.98 |
3. Digər bankların tələbləri (“Loro" hesabları) | 20909.44 |
4. Digər passivlər | 51034.91 |
5. Cəmi öhdəliklər | 444139.88 |
KAPİTAL
KAPİTAL | Cəmi |
1 | 2 |
1. Xüsusi kapital | 48848.60 |
a) dövriyyəyə buraxılmış adi səhmlər | 103800.00 |
b) adi və imtiyazlı səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq | 6860.03 |
c) bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi | -61811.43 |
c1) əvvəlki illərin xalis mənfəəti (zərəri) | -67178.83 |
c2) cari ilin xalis mənfəəti (zərəri) | 5367.41 |
2. Ümumi ehtiyatlar, cəmi | 3205.52 |
3. Cəmi kapital | 52054.11 |
4. Cəmi öhdəliklər və kapital | 496193.99 |
MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT | ||
(min manatla) | ||
Mənfəət və zərər maddələri | İlin əvvəlindən hesabat tarixinədək, hesabat tarixi də daxil olmaqla | |
1 | 2 | |
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi | 1 | 17591.17 |
2. Faizlər və onlara bağlı xərclər, cəmi | 2 | 16525.12 |
3. Xalis faiz gəliri | 3 | 1066.06 |
4. Qeyri-faiz gəlirləri | 4 | 34499.00 |
5. Qeyri-faiz xərcləri | 5 | 38134.09 |
6. Əməliyyat mənfəəti (zərəri) | 6 | -2569.03 |
7.Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) | 7 | -3893.34 |
8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət (zərər) | 8 | 1324.31 |
9. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən gəlir (xərc) | 9 | 4043.09 |
a) daşınmaz əmlakın satışından gəlir (xərc) | 9a | 4043.09 |
10. Vergilər ödənilənədək mənfəət (zərər) | 10 | 5367.41 |
11. Mənfəətdən vergilər | 11 | 0.00 |
12. Xalis mənfəət (zərər) | 12 | 5367.41 |
RİSK DƏRƏCƏSİ ÜZRƏ ÖLÇÜLMUŞ AKTİVLƏRDƏN ASILI OLAN KAPİTALIN ADEKVATLIQ STANDARTLARININ (ƏMSALLARININ) HESABLANMASI | |||
(min manatla) | |||
KAPİTAL VƏSAİTLƏRİ | 0 | ||
1 | 2 | ||
1. I dərəcəli kapital | A1 | 43481.19 | |
2. I dərəcəli kapitaldan tutulmalar | A2 | 3416.77 | |
3. Tutulmalardan sonra I dərəcəli kapitalı | A3 | 40064.43 | |
4. II dərəcəli kapital | A4 | 12756.74 | |
5. Məcmu kapital | A5 | 52821.16 | |
6. Məcmu kapitaldan tutulmalar : | A6 | 465.67 | |
7. Tutulmalardan sonra məcmu kapital | A7 | 52355.50 | |
8. Risk dərəcəsi üzrə ölçülmuş yekun aktivlər | A8 | 427159.48 | |
faizlə | |||
0 | Norma | Fakt | |
1 | 2 | 3 | |
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100 | A9 | 5.00% | 7.160467054 |
10. Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100 | A10 | 10.00% | 10.10831523 |