2018-ci ildə əsas texnoloji trendlər nə olacaq? | Banco.az

2018-ci ildə əsas texnoloji trendlər nə olacaq?

2018-ci ildə əsas texnoloji trendin SDN(Software Defined Network) və kibertəhlükəsizliyin olacağı bildirilir. Bu haqda Cowen and Company şirkətinin son hesabatında məlumat verilir. Hesabatda korporativ departamentlərin 2018-ci ildə ən çox vəsait xərcləyəcəyi istiqamətin məhz bu 2 istiqamətin üzərinə düşəcəyi bildirilir. Odur ki, Microsoft və VMware kimi vendorlar bu istiqamətdə yüksəlişi hiss edəcəklər, bu məhsullara tələbatın artacağı bildirilir.

Hesabatda respondentlərin 65%-nin ən çox prioritet verdiyi seqmentin kibertəhlükəsizlik olduğu bildirilir ki, bu da ötən ilki hesabatla müqayisədə 7% çoxdur(2017-də 58% olmuşdur).

Ən sərfəli kredit üçün müraciət et

Cowen SDN/NFV-in də bu il prioritet olmaqla bu seqmentdə yeni inkişafın olacağı qənaətindədirlər. Həmçinin hesabatda Cowen respondentlərin 39%-nin növbəti 12-18 ayda VMware-nin VSphere məhsulundan istifadə edəcəkləri niyyətində olduqlarını vurğulayır.

Mənbə: digitalazerbaijan.az