2018-ci ildə ən çox avtomobil satan Avropa ölkələri - SİYAHI | Banco.az

2018-ci ildə ən çox avtomobil satan Avropa ölkələri - SİYAHI

2018-ci ildə Avropada ən çox avtomobil satan ölkələrin adları açıqlanıb.

Siyahıya Avropanın lokomotiv ölkəsi Almaniya liderlik edir.

“Mercedes”, “BMW”, “Audi”, “Volkswagen” kimi nəhəng firmaların ev sahibi olan bu ölkə Avropanın ən çox avotmobil satan ölkəsidir. Belə ki, Almaniya 2018-ci ildə 3 mln. 453 min 778 ədəd avotmobil satışı həyata keçirib.

Siyahıda ikinci pillədə Böyük Britaniya qərarlaşıb. “Rolls Royce”, “Bentley”, “Aston Martin” və “Land Rover” kimi markaların sahibi olan bu ölkə ötən il mln. 367 min 147 ədəd avtomobil satıb.

İlk üçlüyün sonuncusu Fransadır. “Renault”, “Citroen”, “Peugeot”, “Dacia” və bir neçə şirkətin istehsalı ilə birgə Fransa 2018-ci il ərzində mln. 173 min 481 avtomobil satıb.

Ən sərfəli kredit üçün müraciət et

Dördüncü pillədə isə “Alfa Romeo”, “Maserati”, “Ferrari”, “Lamborghini”nin vətəni İtaliya qərarlaşıb. Appeninlər ötən il ərzində 1mln. 910 min 25 ədəd avtomobil satıb.

Siyahının 5-ci yerinin sahibi isə İspaniyadır. “GTA Spano”, “Hurtan”, “IFR Aspid”, SEAT modellərinin istehsalını həyata keçirən ölkə 2018-ci il ərzində mln. 321 min 438 ədəd avtomobil satıb.

Avropada ən çox avtomobil satan ölkələrin ilk “10-luğ”una Türkiyə də düşüb. Qardaş ölkə ötən il ərzində 486 min 321 avtomobil satışı həyata keçirərək 8-ci pillədə qərarlaşıb. Türkiyə Hollandiya, İsveç və Avstriyanın da daxil olduğu 23 Avropa ölkəsini geridə qoyub.

Qeyd edək ki, 31 ölkənin qərarlaşdığı siyahıda Kipr sonuncu pillədədir.

Finans.az

Ən sərfəli krediti almaq üçün müraciət et