2018-ci ildə bu 5 kriptovalyutanı yaxından izləyin! | Banco.az

2018-ci ildə bu 5 kriptovalyutanı yaxından izləyin!

2017-c il kriptovalyutalar üçün uğurlu keçdi. Rəqəmsal pulların həm məşhurluğu, həm də dəyəri artmağa başladı. Hazırda kriptovalyuta bazarında eniş müşahidə olunsa da, ilin qalan hissəsində əvvəlki mövqeyin təmin olunacağı gözlənilir.

Sizə 2018-ci ildə əsas nəzərdən keçirməyiniz lazım olan 5 kriptovalyutanı təqdim edirik:

SIACOIN (SC)

Sia “Google Drive”, “Dropbox” və “Amazon Cloud” kimi platformadır. Sia məlumatların blockchain-də saxlanıldığı, mərkəzi olmayan bir sistemdən idarə olunan bir kriptovalyuta kimi təsəvvür oluna bilər. Çoxlu sayda istifadəçisi var.

Sia-nın dizaynı təhlükəsizliyə, şəxsi gizliliyə və məlumatların bütövlüyünə üsusi diqqət yetirir. Bundan əlavə, layihənin həm biznes, həm də digər istifadəçilər üçün ideal olduğunu təmin etmək üçün platformadakı bütün məlumatlar şəbəkəyə göndərilmədən əvvəl şifrələnir və yalnız yükləndikdən sonra şifrələrin açılması imkanı verilir.

Bu layihənin coini olan SiaCoin istifadəçilərə platformada icarə saxlama sahəsi üçün ödəniş etmək və ya almaq imkanı verir.

Qiyməti: 0.028415 dollar
2017-ci ildə qiymət artımı: 62800%
Bazar həcmi: 0.968.881.527 dollar
Mövcudluğu: Limitsiz, uzun müddətdə 2% inflyasiya
Transfer: 31.396.146.174 SC

GOLEM (GNT)

Golem Sia-dan fərqli olaraq, prosesin gücünə diqqət yetirir. Əmək prinsipinə bənzər olan bu platforma istifadə edilməyən əməliyyat gücünün icarə saxlanılması və ya icarəyə götürülən əməliyyat gücü üçün istifadəçilərin ödəniş etməsinə imkan yaradır.

Golem hər kəsin daxil olmaq imkanının olduğu, qlobal səviyyədə olan, açıq mənbəli və mərkəzi sistemdən uzaq bir superkompüter kimi qəbul edilə bilər. Şəxsi kompüterlərdən məlumat mərkəzlərinə qədər bütün istifadəçilərin kompüterlərinin gücünü birləşdirir. Golem müştərilərə daha ucuz xidmət təklif edərək daha mənfəətli çalışmağı bacarır.

Bu layihə əsas diqqət yetirməli olduğunuz platformalardan biridir.

Qiyməti: 0.403876 dollar
2017-ci ildə qiymət artımı: 7300%
Bazar həcmi: 336.105.560 dollar
Mövcudluğu: 1.000.000.000 GNT
Transfer: 834.262.000 GNT

STELLAR LUMENS (XLM)

2015-ci ildə öz kodunun açılışını edən Stellar ilk olaraq Ripple protokoluna əsaslanırdı. Stellar rəqəmsal məhsulların ticarətində blockchahin texnologiyasının istifadəsi üzərində işləyir.

İstifadəçilər XLM vasitəsilə etdikləri bir əməliyyatda alıcıya ödəmək üçün istifadə edəcəkləri valyutanı sistemdəki çoxçeşidli kriptovalyutalar arasından seçə bilərlər.

XLM coinlərinin böyük əksəriyyəti qarşıdakı 10 il ərzində pulsuz şəkildə paylanacaq.

Bu layihə “Praekelt Foundation”, “Oradian”, hətta “IBM” kimi şirkətlərin diqqətini çəkməyi bacardı.

Qiyməti: 0.490409 dollar
2017-ci ildə qiymət artımı: 13100%
Bazar həcmi: 9.585.505.164 dollar
Mövcudluğu: 103.590.302054 XLM
Transfer: 17.868.059.883 XLM

OMISEGO (OMG)

OmiseGo “Unbank the Banked” hesabını qəbul edir. Layihənin məqsədi qiymətli kağızlarla kriptovalyutalar arasında pul köçürməsini təmin etməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Platforma qlobal maliyyənin iş siyasətinda inqilab etməyi və bütün məhdudiyyətləri aradan qaldırmağı hədəfləyir. 130-dan çox işçi heyətinin qatıldığı beynəlmiləl bir qrup və bir neçə sənaye lideri Omise-ni dəstəkləyib.

OmiseGo, “McDonald’s” və “Credit Saison” ilə əməkdaşlıq etməyi bacarıb və kriptovalyuta fəaliyyəti sahəsindəki layihələrin varlığını gücləndirib.

Qiyməti: 13.96 dollar
2017-ci ildə qiymət artımı: 3100% (OmiseGo bazara 14 İyul 2017-ci ildə çıxarılıb)
Bazar həcmi: 1.428.507.288 dollar
Mövcudluğu: 140.245.398 OMG
Transfer: 102.042.552 OMG

FACTOM (FCT)

Factom isə daha bir diqqəti çəkən layihədir. Blockchain texnologiyasını dəyişməz bir qeyd sistemi yaratmaq üçün istifadə məqsədi olan ilk platformadır. Factom istifadəçilərinə Blockchain-ə əsaslanan məlumat bazası yaratmaq imkanı verir.

Factom platforması sayəsində hökumətlər, sahibkarlar və fərdlər məlumatlarını həm qoruya bilər, həm də onları təhlükəsiz saxlaya bilərlər.

Hər hansı bir şəxs və ya təşkilat məlumatlara nəzarət etmək səlahiyyətinə malik deyil.

Bu layihənin coini Factoid (FCT) istifadəçilərinə Factom-un içindəki məlumatların hash-ını qurmağa imkan verir və beləliklə bu məlumatları hücumlardan qoruyur.

Qiyməti: 31.52 dollar
2017-ci ildə qiymət artımı: 1400%
Bazar həcmi: 277.119.894 dollar
Mövcudluğu: 8.700.000* FCT (Factom maksimum bir təklif miqdarına malik deyil)
Transfer: 8.745.102 FCT

 

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

“Lightning Network” nədir və necə işləyir?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et