Çinin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, 2018-ci ildə xarici turistlər ölkəni 30,5 milyon dəfə ziyarət ediblər. 2017-ci illə müqayisədə bu göstərici 4,7 faiz artıb.
Həmin turistlərin 13 milyonu işgüzar səfər, elmi mübadilə, sərgilərdə və seminarlarda iştirak etmək məqsədi ilə ölkəyə gəlib.
Ötən il xarici turistlər Çində ümumilikdə 73,1 milyard dollar pul xərcləyib ki, bu da 2017-ci illə müqayisədə 5,1 faiz çoxdur. KXR-ə turist axınına görə ilk yerlərdə Malayziya, Sinqapur, ABŞ, Cənubi Koreya və Yaponiya gəlir.
Hazırda Çin xarici turistlərə 24 saatlıq vizasız tranzit təklif edir. Bununla yanaşı 53 ölkənin vətəndaşları Pekin, Şanxay, Kunmin, Syamen, Nankin, Sindao, Çendu, Şitzyançjuan və Şenyan kimi iri şəhərlərdə 144 saat vizasız qala bilər.
Qeyd edək ki, 2018-ci ildə Çində təxminən 80 milyon insan turizm sahəsi ilə məşğul olub. Ötən il bu sahədən gələn ümumi gəlir 5,97 trilyon yuan (857 milyon dollara yaxın) təşkil edib.
marja