2018-2023-cü illər ərzində ABB 2 mlrd. manat vergidən əvvəl mənfəət əldə edib | Banco.az

2018-2023-cü illər ərzində ABB 2 mlrd. manat vergidən əvvəl mənfəət əldə edib

"ABB-də sağlamlaşma dövründən sonra, yəni 2018-ci ildən etibarən əldə etdiyimiz uğurları ifadə edəcək rəqəmlər çoxdur".

Banco.az xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov müsahibəsində bildirib.

"Bankın dayanıqlı inkişafını təmin edən kredit portfeli oktyabr ayının sonuna 1,90 milyard manatdan 4,86 milyard manata, yəni 2,5 dəfə artıb. Müştəri sayımız 1,4 milyondan 2,3 milyona yüksəlib. İşçilərimizin orta yaşı 40 yaşdan 35 yaşa enib. 2023-cü ilin nəticələrini də nəzərə almaqla, 2018-2023-cü illər ərzində ABB 2 milyard manat vergidən əvvəl mənfəət əldə edib".

Abbas İbrahimov qeyd edib ki, mənfəət vergisi, səhmdarlara ödənilən dividentlər nəzərə alınmaqla dövlət büdcəsinə və sosial yönümlü layihələrə ABB 1.3 milyard manatdan çox ödənişlər edib. 

Tam müsahibəni oxumaq üçün linkə keçid edə bilərsiniz. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et