2017-də 1,3 milyard azalmışdı, 2018-də 600 milyon manata yaxın artıb | Banco.az

2017-də 1,3 milyard azalmışdı, 2018-də 600 milyon manata yaxın artıb

Mərkəzi Bankın 31 Dekabr 2018-ci il tarixinə olan statistikasına görə, 2017-ci illə müqayisədə 2018-ci ildə ev təsərrüfatlarına verilən kreditlərin məbləği 713,1 milyon manat artaraq 5 milyard 319,6 milyon manata qalxıb.

2016-cı illə müqayisədə 2017-ci ildə ev təsərrüfatlarına verilən kreditlər 1 milyard 252,2 milyard manat azalaraq 4 milyard 606,5 milyon manata düşümüşdü.

Mərkəzi Bank daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditləri də ev təsərrüfatlarına verilən kreditlərə daxil edir. Daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər xaric ev təsərrüfatlarına verilən kreditlər (istehlak kreditləri) 2018-ci il ərzində 579,5 milyon manat artaraq ilin sonunda 3 milyard 448,7 milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

2016-cı illə müqayisədə 2017-ci ildə istehlak kreditləri 1 milyard 286 milyon manat azalaraq 2 milyard 869,2 milyon manata düşmüşdü.

2017-ci illə müqayisədə 2018-ci ildə daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditlər isə 133,6 milyon manat artaraq 1 milyard 870,9 milyon manata yüksəlib. 2017-ci ildə daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kredilər 33,8 milyon manat artmışdı. 

2018-ci ilin sonuna, 13 milyard 20,3 milyon manat cəmi kredit portfelinin 40,9%-i ev təsərrüfatlarına verilən kreditlərin payına düşüb. 2017-ci ilin sonunda bu nisbət 39,2% idi.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et