Bildiyimiz kimi hər bir şirkətin son məqsədi fəaliyyətinin nəticəsi olaraq mənfəət əldə etməkdi, elə bankların da. Nəzərə alsaq ki, 2015-2016cı illər Azərbaycan iqtisadiyyatı üçün çətin dönəmlər oldu, bu dönəmlər də öz təsirini ilk növbədə bank sektoruna göstərdi. Banklar zərərdən yaxa qurtara bilmədilər, bir neçə bank isə müflis elan olunaraq bağlandı. Bankların əksəriyyəti 2016-cı ili zərərlə başa vurdu.
2017-ci ilin hesabatlarına nəzər saldıqda isə görmək olur ki, banklar artıq çətin dönəmi tədricən geridə qoymağa və mənfəətlə işləməyə başlayıblar. Lakin bir sıra banklar hələ də zərərlə işləməyə davam edir.
Bankların 2017-ci ilin ilk yarımillik "Mənfəət və zərər" hesabatlarını araşdırdıq və onları xalis mənfəətinin həcminə görə sıraladıq. Hansı bankların mənfəətdə, hansı bankların zərərdə olduğunu bilmək istəyirsinizsə hazırladığımız siyahı ilə tanış ola bilərsiniz:
Bank |
Xalis mənfəət (manat) |
Kapital Bank |
40.758.100 |
Paşa Bank |
13.531.000 |
Bank Avrasiya |
8.888.600 |
Xalq Bank |
5.171.954 |
Gunay Bank |
4.473.830 |
ASB Bank |
4.240.980 |
Yapı Kredi Bank Azərbaycan |
3.286.000 |
VTB Bank Azərbaycan |
3.091.770 |
Bank Silk Way |
2.959.060 |
Expressbank |
1.780.000 |
Ziraat Bankı |
1.743.730 |
Atabank |
1.692.320 |
Azər Türk Bank |
1.430.748 |
NBC Bank |
1.340.200 |
Unibank |
1.094.000 |
Nikoil Bank |
580.000 |
Rabitəbank |
421.000 |
Muğanbank |
238.730 |
AFB Bank |
173.855 |
Bank BTB |
122.000 |
Bank Respublika |
-583.000 |
Turanbank |
-948.000 |
AGBank |
-1.575.430 |
Amrahbank |
-2.984.318 |
Dəmirbank |
-8.450.730 |
Bank of Baku |
-26.041.000 |
AccessBank |
-42.939.000 |
Qeyd edək ki, Beynəlxalq Bank maliyyə hesabatlarını açıqlamadığı üçün siyahıda yer almayıb.