2017-ci ildə Azərbaycanda iqtisadi artım olacaq | Banco.az

2017-ci ildə Azərbaycanda iqtisadi artım olacaq

Azərbaycanda ümumdaxili məhsul istehsalı (ÜDM) bu il 2,4% azalacaq. Bu barədə Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund, IMF) qlobal iqtisadiyyatla bağlı açıqladığı növbəti proqnozda deyilir.

Proqnoza əsasən, 2017-ci ildə Azərbaycanda 1,4%-lik iqtisadi artım olacaq.

Maraqlıdır ki, bundan öncə IMF bu il üzrə Azərbaycanda 3%-lik iqtisadi azalma, gələn il üzrə isə 1%-lik artım proqnozlaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda həmçinin deyilir ki, bu il Azərbaycanda orta illik inflyasiya 10,2%, gələn il isə 8,5% səviyyəsində olacaq. Halbuki, bundan öncə bu göstəricilər müvafiq olaraq 12% və 9,5% olub.

2016-2017-ci illərdə işsizliyin səviyyəsinin 6% olacağı gözlənilir.

Mənbə : apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et