Bilirik ki, mənfəət və ya zərər müəssisənin gəlirləri ilə xərcləri arasındakı fərqdir. Xalis mənfəət (zərər) isə vergilər üzrə ödəmələr edildikdən sonra qalan mənfəətddir (zərər). Bu bankın müəyyən dövr ərzində qazançını və ya itkilərini göstərir.
Banco.az olaraq 2016-cı ilin son rübünə maliyyə nəticələrini açıqlamış bankların “Mənfəət və zərər” hesabatını araşdırdıq. Təəssüf ki, bankların əksəriyyəti ili zərər ilə başa vurub. Banklar üçün çətin bir il olaraq yadda qalan 2016-cı ildə bankların zərəri milyonlarla manatdır.
İli zərər ilə başa vurmuş bankların zərər etdiyi məbləğləri aşağıdakı cədvəl vasitəsi ilə nəzərinizə çatdırırıq:
Bank |
Xalis zərər (manat) |
Azərbaycan Beynəlxalq Bankı |
-1.356.492.000 |
Nikoil Bank |
-148.538.800 |
AGBank |
-35.629.636 |
Bank Respublika |
-34.609.000 |
Bank of Baku |
-15.330.000 |
Bank BTB |
-13.146.910 |
Rabitəbank |
-12.873.000 |
Yapı Kredi Bank Azərbaycan |
-10.327.620 |
Amrahbank |
-8.422.657 |
Unibank |
-2.889.000 |
NBC Bank |
-1.797.500 |
Turanbank |
-1.398.000 |