Bilirik ki, mənfəət və ya zərər müəssisənin gəlirləri ilə xərcləri arasındakı fərqdir. Xalis mənfəət (zərər) isə vergilər üzrə ödəmələr edildikdən sonra qalan mənfəətddir (zərər). Bu bankın müəyyən dövr ərzində qazançını və ya itkilərini göstərir.
Banco.az olaraq 2016-cı ilin son rübünə maliyyə nəticələrini açıqlamış bankların “Mənfəət və zərər” hesabatını araşdırdıq. Təəssüf ki, bankların əksəriyyəti ili zərər ilə başa vurub. Banklar üçün çətin bir il olaraq yadda qalan 2016-cı ildə bankların zərəri milyonlarla manatdır. Lakin dövrü mənfəət ilə başa vuran banklar da vardır.
Həmçinin bax: 2016-cı ili zərərlə başa vurmuş banklar - SİYAHI
İli mənfəət ilə başa vurmuş bankların xalis mənfəət məbləğlərini aşağıdakı cədvəl vasitəsi ilə nəzərinizə çatdırırıq:
Bank |
Xalis mənfəət (manat) |
Paşa Bank |
61.057.000 |
Kapital Bank |
52.384.850 |
Xalq Bank |
10.369.656 |
Caspian Development Bank |
8.597.470 |
Azər Türk Bank |
7.337.828 |
Ziraat Bankı |
5.956.910 |
ASB Bank |
3.833.200 |
AFB Bank |
2.554.217 |
Bank Silk Way |
1.558.690 |
Bank Avrasiya |
678.500 |
Expressbank |
439.000 |
Atabank |
340.380 |