2015-ci ilin bank sektorunu silkələyən hadisələri | Banco.az

2015-ci ilin bank sektorunu silkələyən hadisələri

2015-cı il banklarımızın tarixinə yəqin ki,  “bold shrift”-lə  yazıldi desək yanılmarıq, məhz bu il artıq çətin zamanlara doğru dönüşün başlanğıcı kimi qiymətləndirilə bilər. Manatın dollara qarşı dəyərsizləşməsi ilə müşahidə olunan il, iki güclü devalvasiya dalğası ilə yaddaşlara həkk olundu: 21 fevral və 21 dekabr tarixlərində. Gəlin, yola saldığımız ilin ən vacib maliyyə hadisələrini bir də nəzərdən keçirək.

2015, yanvar

Depozit gəlirlərindən verginin tutulması

2009-cu ildən bəri 3 il müddətinə tətbiq edilən və daha sonra isə uzadılan  faiz gəlirlərinin vergiyə cəlb olunmaması ilə bağlı güzəşt müddəti başa çatdı. Bank əmanətləri üzrə əldə edilən gəlirlərinin vergiyə cəlb edilməsi bağlı tətbiq edilən müvafiq güzəşt məbləğinin həcmi illik 500 manat olaraq müəyyən edildi. Beləliklə faiz gəlirlərin yalnız 500 AZN-ə qədər olan hissəsi vergidən azad edildi və bununla da depozitlərin banklardan çəkilməsinə doğru ilk addım atılmış oldu.

2015, fevral

İki valyutalı səbətə keçid

Mərkəzi Bankın İdarə Heyəti 16 fevral 2015-ci il tarixindən etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul etdi. Məzənnə siyasətinin ABŞ dolları və Avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsinə start verildi.

İlk devalvasiya

Manat dollara qarşı dəyərini 34% itirdi.  Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edildi.

Qorunan əmanətlərin faiz dərəcəsi yüksəldi

2015-ci il fevral ayının 24-dən etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 9%-dən 12%-ə qaldırıldı.

Bu dəyişiklik 24 fevral 2015-ci il tarixindən qüvvəyə mindi və bu tarixdən sonra üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunmayan əmanət hesab edilir.

2015, May

Mərkəzi Bank haqqında qanuna dəyişikliklər

Qanunun 10.3-cü maddəsinə edilən dəyişikliyə əsasən, Mərkəzi Bankın kapital ehtiyatları artıq tədavülə buraxılmış nağd milli valyutanın 15%-i miqdarında müəyyən edilməyəcək. Əvəzində, onun nizamnamə kapitalından az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılacaq.

Bundan başqa, qanuna bu 13.2-ci maddə əlavə edilir: “Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur”. Daha ətraflı burada tanış ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

2015, İyul

Azərbanycan Kredit Bankı və Eurobankın lisenziyası ləğv edildi

Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 10.07.2015-ci il tarixli iclasında “EvroBank” ASC-nin bank lisenziyasının ləğv edilməsi, “Azərbaycan Kredit Bankı” ASC-yə isə müvvəqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edildi.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli, 27 nömrəli qərarı ilə məcmu kapitalın minimal məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyası ləğv edildi. Bank lisenziyasının ləğvi barədə qərar 16 iyul 2015-ci il tarixində qüvvəyə mindi.

Uçot dərəcəsi endirildi

Mərkəzi Bankın İdarə Heyəti 13 iyul 2015-ci il tarixində uçot dərəcəsinin 3.5%-dən 3%-ə endirilməsi barədə qərar qəbul etmişdir.

2015, Avqust

Mərkəzi bankdan qərarlar

Mərkəzi Bankın İdarə Heyətinin 13 avqust 2015-ci il tarixli iclasında bankların əməliyyat xərclərinin optimallaşmasına dəstək vermək və maliyyə resurslarının maya dəyərinin azaldılması ilə faiz dərəcələrinin aşağı düşməsini stimullaşdırmaq məqsədilə bir sıra yeni qərarlar qəbul etdi.

Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən AZİPS (Real vaxt rejimində banklararası hesablaşmalar sistemi) sistemi vasitəsilə aparılan banklararası ödənişlər üzrə xidmət haqları 2 dəfə azaldılmışdır. Bununla yanaşı, nağd pulun məxarici üzrə tariflərə dəyişikliklər edilmişdir. İri nominallı əskinaslara (50 və 100 manat) tətbiq olunan 0,15% tarif ləğv edilmiş, nağd pulun gün ərzində ikinci və daha sonrakı mədaxili və məxarici üzrə tariflər 0,05% müəyyən edilmişdir. Daha ətraflı

2015, dekabr

İkinci devalvasiya

 Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul etdi və beləliklə manatın taleyi öz əlindədir. Bugünkü tarixdə manat AMB tərəfindən dolalra qarşı rəsmi məzənnəsi 1 USD= 1.556 AZN təşkil edir.

Sonda, ötən bir il ərzində valyuta ehtiyatlarımızın necə azalmasını diaqramda izləyə bilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et