Hazırda nəqliyyat dünyanın əksər ölkələrində insanlar tərəfindən istifadə olunan əsas sektora çevrilib. Bu səbəbdən də milyonalarla barel yanacağa ehtiyac duyulur. Dünyada elə bir ölkə yoxdur ki, orada yanacağa tələbat olmasın . Bir çox ölkələr yanacağa olan ehtiyaclarını öz resursları ilə təmin etdikləri halda, belə resursları olmayan ölkələr nəqliyyat və sənaye sahələrini yanacaqla təmin etmək üçün onu başqa ölkələrdən idxal edirlər.
Yanacağın əhəmiyyətini heç bir halda inkar etmək olmaz və təsadüfi deyil ki, bu qiymətli resurs həm də qara qızıl kimi tanınır. Coğrafi sərhədləri daxilində zəngin resurslara malik olan xalqlar ən şanslı və zəngin ölkələr hesab olunurlar. Aşağıda dünyada ən çox neft istehsal edən 10 ölkənin siyahısı verilmişdir.
Aşağıdakı şəkildə ölkələr tərəfindən istehsal olunan neftin milyon barellərlə hesabı təsvir edilmişdir.
2013-cü ildə ən çox neft istehsal edən 10 ölkənin siyahısı
1. Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı dünyada ən çox neft istehsal və ixrac edən ölkədir. Burada hər gün 11.75 milyon barel neft istehsal olunur və bu da ümumdünya neft hasilatının 13%-dən çoxu deməkdir. Səudiyyə Ərəbistanı tarixi islam ölkələri sırasında aparıcı yer tutur.
2. Amerika Birləşmiş Ştatları
ABŞ dünyada ən çox neft istehsal edən ikinci ölkə olmağı yalnız böyük istehsalçı olmaqla deyil, həm də 21 milyon barel neft ehtiyatına sahib olmaqla və başqa ölkələrdən neft idxal etməklə qazanmışdır, çünki ABŞ-da neft istehlakı göstəriciləri digər ölkərə nisbətən daha çoxdur. Burada hər gün 10.59 milyon barel neft istehsal olunur və bu da ümumdünya neft istehsalının 12%-ni təşkil edir.
3. Rusiya
Ümumdünya neft hasilatının 11.4%-i Rusiyanın payına düşür. 60 milyon barel neft ehtiyatı Rusiyanı yer kürəsində üçüncü ən çox neft istehsal edən ökəyə çevirmişdir.
4. Çin
Rəsmi olaraq Çin Xalq Respublikası kimi tanınan Çin dünyada ən çox əhaliyə sahib olan ölkədir. Əksər şəhərləri əhali məskunlaşması baxımından dünyada ən böyük şəhərlər sırasındadır. Gündəlik 4.19 milyon barel neft istehsal etməklə ümumdünya neft istehsalının 4.7%-ni əhatə edən Çin ən çox neft istehsal edən ölkələr siyahısında dördüncü yerdədir..
5. İran
İran Dünyada ən çox neft istehsal edən 10 ölkə siyahısında altıncı sırada yer alır və gündəlik 4.13 milyon barel neft istehsalı ilə ümumdünya neft istehsalının 4.6 % -nə sahibdir.
6. Kanada
Kanada dünyada fantastik və stabil iqtisadiyyata malik olan bir ölkədir. O, 179 milyon barel neft ehtiyanına sahibdir. Ölkənin gündəlik 3.92 milyon barel neft istehalı ümumdünya neft istehsalının 4.4% -ni təşkil edir.
7. Birləşmiş Ərəb Əmirlikləri
BƏƏ gündəlik 3.32 milyon barel neft istehsal edir və bu da ümumdünya neft istehsalının 3.6 % - dir. Ölkənin əlavə neft ehtiyatı isə 98 milyon barelə bərabərdir. BƏƏ gündəlik neft istehsalını gələcəkdə 5 milyona kimi artırmağı planlaşdırır. Son statistik məlumatlarda Birləşmiş Ərəb Əmirliklərinin növbəti 93 ilə çatacaq resurs ehtiyatına malik olduğu ehtimal edilmişdir. BƏƏ ÜDM- yə görə dünyada 7-ci ən varlı ölkədir.
8. Meksika
Meksika rəsmi olaraq Meksika Birləşmiş Ştatları kimi tanınır və 1,972,550 km2 - i əhatə edən əraziyə malikdir. Meksika Dünyada ən çox neft istehsal edən 10 ölkə siyahısında 8-ci yerdə dayanır. Gündəlik neft istehsalı 2.95 milyon barel olmaqla ümumdünya neft istehsalının 3.3%-ni təşkil edir.
9. Braziliya
Braziliya neft istehsalına görə dünyada 9-cu yerdədir və ümumdünya neft istehsalında 3.15% paya sahibdir. Gündəlik 2.8 milyon barel neft istehsal edən və 12.86 milyon barel neft ehtiyatına malik olan Braziliyanın bu ehtiyatının ehtimallara əsasən Yupiter Neft Sahəsinin kəşfindən sonra artacağı gözlənilir.
10. Küveyt
Küveyt dünyanın ən zəngin 10-cu ölkəsi olmaqla ən yuxarı valyuta məzənnəsinə malikdir. Ölkənin 104 milyon barel neft ehtiyatı var və ümumdünya neft istehsalının 3.1%-nə malik olmaqla dünyada ən çox neft islehsal edən 10-cu ölkədir. Küveyt gündəlik 2.75 milyon barel neft istehsal edir.
Banco.az/ Ülkər Bağırova