200 milyon manatdan çox mikrokredit | Banco.az

200 milyon manatdan çox mikrokredit

"Maliyyə Bazarlarına Nəzarət Palatasının hesablamalarına əsasən hər ay ortalama hesabla 423 milyon manat biznes məqsədli, 350 milyon manat istehlak məqsədli kredit verilişi həyata keçirilib".

Bu, Azərbaycan Dövlət İnformasiya Agentliyində dərc edilmiş, böyük ehtimalla Maliyyə Bazarlarına Nəzarət Palatasınının sifarişi ilə hazırlanmış "Maliyyə-bank sektorunun sağlamlaşdırılması iqtisadiyyatın şaxələndirilməsinə necə təsir göstərir?" başlıqlı məqalədə bildirilir.

Məqalədə qeyd edilib ki, 2017-ci ildə bank sektorunda kreditləşmə həcmi təxminən 5 milyard manat, 2018-ci ildə 7,6 milyard manat, bu ilin 9 ayının nəticələrinə görə isə 7 milyard manat olub. 2018-2019-cu illərdə ümumilikdə 14,5 milyard manat həcmində kredit verilib ki, bunun təqribən 8,1 milyard manatını biznes kreditləri, 6,4 milyard manatını istehlak kreditləri təşkil edir. Təkcə bu ilin 9 ayında 3,2 milyard manat istehlak krediti, 3,8 milyard manat isə biznes krediti verilib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının hesablamalarına əsasən hər ay ortalama hesabla 423 milyon manat biznes məqsədli, 350 milyon manat istehlak məqsədli kredit verilişi həyata keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

200 milyon manatdan çox mikrokredit

Məqalədə bildirilir ki, alternativ maliyyə instrumentlərindən yararlanmaq baxımından xarici kapitallı bankların aktivlik nümayiş etdirdiyi daha bir məhsul Azərbaycanın maliyyə bazarlarında mikromaliyyə seqmentində ixtisaslaşmış bankların təklif etdiyi mikrokredit məhsuludur. Qeyd etmək yerinə düşər ki, cari ilin 9 ayında banklar tərəfindən təxminən 200 milyon manatdan çox mikrokredit verilib və bu vasitə ilə biznesin kreditləşməsinin aktuallığını daha da artırmaq məqsədilə mütəmadi olaraq məlumatlandırma tədbirləri həyata keçirilir.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et