200 illik tanınmış şirkət iflas etdi | Banco.az

200 illik tanınmış şirkət iflas etdi

Tamara Mustafayeva, Banco.az

Amerikada siyasət xadimləri və tanınmış bankirlərin sevimli geyim markası hesab edilən, ötən il 1 milyard dollara yaxın dövriyyəsi olan Brooks Brothers şirkəti iflas edib.

Brooks Brothers

1818-ci ildə əsası qoyulan və ölkənin ilk hazır geyim markası olan Brooks Brothers koronavirus pandemiyasının işlərə əsaslı təsir göstərməsini irəli sürərək məhkəməyə iflas müraciəti edib. Bununla yanaşı, şirkət alıcı tapmaq üçün isə 500-dən çox mağazasından yarısını bağlamağa hazırlaşır. 

Ötən il 991 milyon dollar dövriyyəyə sahib olan şirkət bunun 20%-ni internet vasitəsilə həyata keçirilən satışlardan əldə etmişdi. Şirkət pərakəndə satışla yanaşı, United Airlines, Macy's, Netjets kimi tanınmış firmaları uniforma ilə təmin edir.

Xatırladaq ki, pandemiya səbəbilə ABŞ-da Victoria's Secret, Hertz kimi şirkətlər də iflas qərarlarını açıqlamış, Nike firması da yüzlərlə əməkdaşı ilə yollarını ayıracağını bildirmişdi. Dünya üzrə bir çox tanınmış firma oxşar üsullara müraciət edərkən ABŞ-da bu il təqribən 15 min mağazanın bağlanacağı proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Beynəlxalq Valyuta Fondundan iqtisadi islahat çağırışı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et