2-ci rübdə bankların kapital adekvatlığı əmsalı necə olub? | Banco.az

2-ci rübdə bankların kapital adekvatlığı əmsalı necə olub?

Kapital adekvatlığı əmsalı bankın məcmu kapitalının riskli aktivlərə nisbətindən ibarətdir. Bu, bankın risk ölçülü aktivlərə qarşı kapital dayanıqlılığını göstərir.

KAƏ (kapital adekvatlığı əmsalı) göstəricisinin aşağı olması bankın riskli aktivlərinin çox, kapital dayanıqlığının isə az olmasını göstərir. 

Belə ki, Mərkəzi Bankın kommersiya banklarına qoyduğu tələbə əsasən kapital adekvatlığı əmsalı 12%-dən az olmamalıdır. Bu göstəricinin 12%-dən aşağı olması bankın müflisləşmə ehtimalını artırır.

Banco.az olaraq 2016-cı ilin ikinci rüb göstəricilərinə əsasən bankların kapital adekvatlığı əmsalını müəyyən etdik və cədvəl şəklinə gətirdik:

Bank

Kapital adekvatlığı əmsalı

Tarix

"Atabank"

13,32%

30.06.2016

"AGBank"

13,74%

30.06.2016

"Kapital Bank"

15,44%

30.06.2016

"Turanbank"

15,55%

30.06.2016

"Bank Silk Way"

16,51%

30.06.2016

"Paşa Bank"

17,45%

30.06.2016

"Bank of Baku"

19,52%

30.06.2016

"ASB Bank"

20,41%

30.06.2016

"Ziraat Bankı"

35,35%

30.06.2016

"NBC Bank"

35,61%

30.06.2016

"Bank Avrasiya"

51,45%

31.05.2016

Ən sərfəli kredit üçün müraciət et

Cədvəldən gördüyünüz kimi, bankların hamısında kapital adekvatlığı əmsalı 12%-dən çoxdur. Bəzilərində bu göstərici 12%-ə yaxındır, bəzilərində isə daha yüksəkdir. Adekvatlıq əmsalı aşağı olan bankların hər zaman iflas riski daha böyük olur.

Ən sərfəli krediti almaq üçün müraciət et