17 sığorta şirkətinin yığımları azalıb | Banco.az

17 sığorta şirkətinin yığımları azalıb

Bu ilin yanvar-iyun aylarında toplanmış sığorta haqlarının həcminə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub. Şirkət ilk 6 ayda 31,2 milyon manat sığorta haqqı toplayıb. Sonrakı yeri tutan “Atəşgah Həyat” şirkətinin yığımları 22,7 milyon manat, “Paşa Həyat” şirkətində 21,9 milyon manat olub. Sığorta yığımlarının həcminə görə ilk beşliyi “Azərsığorta” DSKŞ (18,9 milyon manat) və “AzSığorta” (17,9 milyon manat) şirkətləri tamamlayır, Ümumilikdə, bazarın yarıdan çoxu, yəni 53 %-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Əmrah Sığorta” (431 min manat), “Era-Trans” (335 min manat), “Azərqarant” (318 min manat), “Günay Sığorta” (121 min manat), “Çartis Azərbaycan” (39 min manat) və “Royal Sığorta” (2255 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 1,25 milyon manat olub və ümumi sığorta yığımlarının 1%-indən daha azını təşkil edib.

Ümumilikdə 28 sığorta şirkətinin 7-də sığorta haqlarının həcmi 10 milyon manatdan artıq, 6 şirkətdə 5-10 milyon manat arasında, 9 şirkətdə 1-5 milyon manat arasında, 6 sığorta şirkətində isə yarım milyon manatdan aşağıdır.

Sığorta ödənişlərinin həcminə görə də lider “Paşa Sığorta” şirkətidir - 13,3 milyon manat. Ödənişlərin həcminə görə sonrakı yerləri “Atəşgah Sığorta” (6,8 milyon manat), “Azərsığorta” DSKŞ (6,6 milyon manat), “Azərbaycan Sənaye Sığorta” (6,5 milyon manat), "Azsığorta" (4,6 milyon manat) və “AXA MBASK” (4,5 milyon manat) şirkətləri tutur. Bu şirkətlərin ödənişlərinin cəmi 42,3 milyon manat təşkil edir ki, bu da ümumi ödənişlərin təxminən 65%-i qədərdir.  

Ən az ödəniş edən şirkətlər isə “İpək Yolu Sığorta” (52,4 min manat), “Azərqarant” (47,4 min manat), “Günay Sığorta” (26,1 min manat), “Royal Sığorta” (8,3 min manat) və “Çartis Azərbaycan” (272 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 140 min manat olub ki, bu da ümumi ödənişlərin 0,4%-ni təşkil edir. 

Yanvar-may aylarında sığorta haqları və sığorta ödənişləri - ŞİRKƏTLƏR (manatla)

Sığortaçının adı

Sığorta Haqları

Sığorta Ödənişləri

“A-Qroup Sığorta Şirkəti” ASC

3 450 512,21

3 135 082,36

“AXA MBASK” Sığorta Şirkəti ASC

9 113 886,19

4 461 086,03

“Alfa Sığorta” ASC

1 980 321,67

1 108 702,09

“AtaSığorta” ASC

4 723 051,81

1 596 740,35

“Atəşgah Həyat” Sığorta Şirkəti ASC

22 700 616,74

1 927 611,72

“Atəşgah” Sığorta Şirkəti ASC

17 273 054,15

6 802 766,45

“AzSığorta” ASC

17 877 506,11

4 587 333,74

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti

18 924 941,00

6 635 843,00

“Azərbaycan Sənaye Sığorta” ASC

5 172 229,03

6 453 813,19

“Azərqarant Sığorta” ASC

318 058,66

47 418,62

“Bakı Sığorta” ASC

1 543 335,27

1 179 050,86

“Başak İnam Sığorta Şirkəti” ASC

1 741 552,78

758 009,33

“Beynəlxalq Sığorta Şirkəti” ASC

7 149 473,72

2 818 153,23

“Buta Sığorta” ASC

2 123 205,45

1 231 369,04

“Çartis Azərbaycan” Sığorta Şirkəti ASC

39 186,21

272,00

“Era Trans Sığorta” Sığorta Şirkəti ASC

334 746,52

183 144,89

“Əmrah Sığorta” ASC

430 821,21

222 217,70

“Günay Sığorta” ASC

120 735,29

31 814,56

“Xalq Sığorta” ASC

4 581 565,30

1 572 059,02

“İPƏK YOLU SIĞORTA” ASC

9 002 340,09

52 397,99

“Qala Həyat” Sığorta Şirkəti ASC

11 431 604,54

377 821,96

“Qarant Sığorta” ASC

3 163 440,96

1 326 920,28

“Mega Sığorta” ASC

5 609 245,26

704 950,34

“Paşa Həyat Sığorta” ASC

21 907 130,23

1 189 299,54

“Paşa Sığorta” Şirkəti ASC

31 270 993,58

13 302 113,15

“Rəvan Sığorta” ASC

1 530 507,54

496 432,13

"Royal Sığorta" ASC

2 254,84

8 313,97

“Standard Insurance” Sığorta Şirkəti ASC

8 473 059,08

3 208 988,44

YEKUN

211 989 375,44

65 419 725,98

Ən sərfəli kredit üçün müraciət et

 

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et