15 milyon dollarlıq gəlir – SOCAR İstiqrazlarının sahibləri qazandı | Banco.az

15 milyon dollarlıq gəlir – SOCAR İstiqrazlarının sahibləri qazandı

SOCAR yeni istiqrazlar buraxacaq

2016-cı ildə buraxılan və vətəndaşlarımız üçünyeniyatırımfürsətləri təklif edənSOCAR İstiqrazları 17 oktyabr tarixində baş tutan 12-ci faiz ödənişi nəticəsində sahiblərinənövbəti dəfə 1 milyon 250 min dollarlıq gəlir qazandırdı vəistiqraz sahiblərinin ümumi gəliri 15 milyon dollara yüksəlmiş oldu.

“SOCAR Capital” şirkətindən verilən məlumata istinadən, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan vəfaizləri3 aylıq qrafiklərlə ödənilənSOCAR İstiqrazlarının$1.25 milyonluq rüblük faiz məbləğiistiqraz sahiblərinin hesablarına köçürülüb.

İstiqrazların satış qiymətinin $1046.00-a qədər yüksəlməsi, təkrar bazar əməliyyatlarının həcminin $181 milyonaçatması, bağlanmış əqd sayının 2.000-ə yaxınlaşması, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə aləti olması və REPO əməliyyatlarının $32 milyonu ötməsiSOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəriciləridir.

Kapital bazarları və investorların mənfəətinə cavab verəcək faiz dərəcəsi, müddət və məbləğ sorğu və araşdırmalar nəticəsində müəyyənləşdirildikdən sonra, yeni istiqrazların 2020-ci ilin ilk aylarında buraxılması planlaşdırılır.

SOCAR İstiqrazı sahibləri hal–hazırdauyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqraz(lar)ı Milli Depozit Mərkəzindəgirov qoymaqla, müvafiq bankdan 2 il müddətinədək illik faiz dərəcəsi 15–16% olan Manat krediti cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir vəgötürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-dək enmiş olur.

1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2020-ci ilin 17 yanvar tarixində baş tutacaq.