100 dollarlıq əskinasların üzərində Trampın şəkli ola bilər | Banco.az

100 dollarlıq əskinasların üzərində Trampın şəkli ola bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da 100 dollarlıq əskinasların üzərinə Trampın şəklinin yerləşdirilməsi üçün qanun layihəsi təqdim edilib.

Banco.az xəbər verir ki, ABŞ-da iki Nümayəndələr Palatası üzvünün 100 dollarlıq əskinaslarda Benjamin Franklinin yerinə hazırki prezident Donald Trampın şəklinin qoyulması üçün qanun layihəsi təqdim etdiyi bildirilib.

Respublikaçı Nümayəndələr Palatasının üzvləri Brandon Gill və Troy Nehls sosial media platforması X-də etdikləri paylaşımda "Qızıl Əsr 2025 Qanunu" adlı qanun layihəsini Nümayəndələr Palatasına təqdim etdiklərini elan ediblər.

Nehls, "Amerikanı qızıl əsrə aparmaq üçün prezident Trampdan daha çox iş görən heç kim olmayıb. Ona 100 dollarlıq əskinasda yer vermək, qarşıdakı 4 il ərzində həyata keçirəcəyi hər şeyi şərəfləndirməyin kiçik bir yoludur" – deyə bildirib.

Gill isə layihəyə dəstək göstərilməsini istəyərək, "Gəlin tarix yazaq" açıqlamasını verib.

Təklifin qanunlaşacağı təqdirdə, 31 dekabr 2028-ci ildən sonra çap ediləcək bütün 100 dollarlıq əskinaslarda Trampın şəklinin yer alacağı qeyd olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram