10%-dən yuxarı faizlə yerləşdirilən əmanətlər sığorta olunmayacaq | Banco.az

10%-dən yuxarı faizlə yerləşdirilən əmanətlər sığorta olunmayacaq

Bu gündən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarda milli valyutada 10%-dən, xarici valyutada 2,5%-dən yuxarı illik faiz dərəcəsi ilə əmanət yerləşdirilərsə, bu əmanətlər ADIF tərəfindən sığorta olunmayacaq və onlara görə kompensasiya ödənilməyəcək. 

Xəbər verdiyimiz kimi, Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edib. 

İqtisadçılar bildirirlər ki, Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətlər üzrə illik faiz dərəcələrini real faiz dərəcələrinə uyğunlaşdırb. Belə ki, hazırda banklar milli valyutaya 8-11%, xarici valyuya isə 1,5-3% civarında illik gəlir təklif edirlər. 

Ən sərfəli kredit üçün müraciət et

Fondun qorunan əmanətlər üzrə illik faiz dərəcələrini aşağı endirməsinin kredit faizlərinin kəskin düşməsinə səbəb olmayacağı bildirilir. Çünki, əslində cəlb edilən vəsaitin (əmanətin) faizi bir müddətdir düşüb, sadəcə Fond öz faiz dərəcələrini bazar şərtlərinə uyğunlaşdırıb. 

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, 1 iyul 2019-cu il tarixinədək qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15%, xarici valyutada isə 3% təşkil edir və bu qaydaya uyğun qorunan əmanət statusunda olan depozitlərin sığortası əmanət müqaviləsinin müddəti bitənədək qüvvədə qalır.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et