"10 ay ərzində təxminən 6 mln. manat gəlir əldə etmişik" | Banco.az

"10 ay ərzində təxminən 6 mln. manat gəlir əldə etmişik"

NIKOYL|Bank-ın İdarə Heyətinin Sədri Vasiliy Xamazanın müsahibəsi.

Cari il ölkə iqtisadiyyatı üçün heç də asan olmadı. Devalvasiya əhəmiyyətli dərəcədə bank sektorunu sarsıtdı. NİKOYL | Bank bunu necə keçirdi və hadisələrin gələcəkdə inkişafı üçün Sizin hansı proqnozlarınız var? Siz bankların inkişafı üçün perspektivi nədə görürsünüz?

Bildiyiniz kimi, bu il həqiqətən də asan il olmadı. Lakin, biz müştərilərimizin devalvasiyadan minimal əziyyət çəkməsi üçün tədbirlər həyata keçirdik. Biz, belə hesab edirəm ki, dollarla verilən kreditlərə heç bir əlavə komissiya tutmadan, kreditlərin restruktrizasiyasını uğurla həyata keçirdik. Bununla yanaşı,çalışdıq ki, müştərilərə fürsət yaradaq ki, müştərilərin aylıq ödənişinin manatla ekvivalenti dəyişməz olaraq qalsın və kreditin ödəmə müddəti artırılsın. Beləliklə də, 10 mln AZN dəyərində, 1000-dən artıq kreditlərin vaxtını uzatdıq. Tam vaxtında, banklara və eyni zamanda bizə də, belə çətin zamanda, güzəştlər və borc alınmış vəsaitlər təqdim etməklə, Mərkəzi Bank yardım etdi. Yetərincə böyük maddi yardım isə  Bankın imicinin qorunub saxlanılmasının, müəyyən olunmuş çərçivədə bütün normativ göstəricilərin qorunmasının  vacibliyini dəyərləndirən səhmdarlarımızdan gəldi. Ən vacibi isə mən hesab edirəm ki, o oldu ki, bu müdddət ərzində, 21 və 22 fevral da daxil olmaqla, Bank bir dəfə də olsun nağdlaşma əməliyyatlarında və eyni zamanda əmanətlərin bütün və nadir hallarda vaxtından öncə çıxarılmasında müştərilərinə imtina etmədi.

Ümumi problemləri nəzərə almasaq, bu il biz 10 ay ərzində təxminən 6 mln. manat gəlir əldə etmişik, bu da, əvvəlki ilə nisbətən ikiqat çoxdur. Müştərilərin maliyyə vəziyyətinin pisləşməsinə və kreditləşmədə məhdudiyyətlərə baxmayaraq, filiallarımız keçən illərlə müqayisədə gözəçarpan dərəcədə effektiv  fəaliyyət göstəriblər. Proqnozlara görə, filialların 90%-dən çoxu gəlir üzrə illik tapşırıqlarını artıqlaması ilə icra ediblər.

Bu il 8 saylı “ipoteka” filialımız yeni, daha müasir məkana köçdi. 3 saylı filialı da bu ay ərzində yeni daha geniş məkana köçürülməsi gözlənilir. Növbəti ildə Bakıda minimum bir yeni filial açılmasını və 10 saylı filialımızın əməkdaşlarının əmək qabiliyyətinin yaxşılaşdırılması üçün, onu daha rahat ofisə köçürməyi planlaşdırırıq.

İlin nailiyyətlərindən: biz onlayn ödənişlərin həyata keçirilməsini imkan verən  yeni veb-saytımızı istifadəyə verdik;çoxyaxşı nəticələr göstərən, müştəri sayının aylıq artımını təşkil edən və onların hesabdakı  qalıqlarını göstərən yeni  NIKOYL|Forex xidmətini müştərilər üçün tədbiq etdik.

NIKOYL | BankAzərbaycan İpoteka Fondunun xətti ilə ipoteka kreditləri verilməsini  uğurla davam etdirir. Bugün, dövlət xətti ilə verilən ipoteka kredit portfeli 40 mln. AZN-dən yuxarı təşkil edir. 2015-ci il üçün NIKOYL | Bank AİF tərəfindən 6,5 mln. AZN məbləğində kredit limiti ayrılmışdır. Bundan əlavə, bankımızda olan ipoteka kreditləşməsini  yüksək keyfiyyətini nəzərə alaraq, İpoteka Fondu bu il, 7,2 mln. AZN dəyərində ipoteka kreditini BankTechnique-dən  və 5,6 mln. AZN dəyərində Bank of Azerbaijan-dan xidmət üçün bizə ötürüb. Mindən çox müştəri yeni mənzil əldə etdiklərinə  görə NIKOYL | Bank-a minnətdardırlar.

Ən sərfəli kredit üçün müraciət et

Sahibkarlığa dəstək fondu bu il bankımıza əlavə olaraq 5 mln. manat vəsait ayırıb. Biz bu məbləği yüksək keyfiyyətlə 15 000 AZN-dək  məbləğdə, kredit risklərinin yüksək diversifikasiyasına nail olaraq, kiçik kənd istehsalçıları arasında yerləşdirdik. Belə borcalanların sayı artıq 700-ü keçib.

Növbəti ildə biz, bu sahədə Dünyada tanınmış  şirkətlərdən biri ilə Bankın 3 illik strateji inkişaf planınıhazırlanmasını planlaşdırırıq. Bugün öz inkişaf istiqamətini görmək və onu izləməkolduqca önəmlidir.

Biz hesab edirik ki, hazırki gündə əsas inkişaf istiqaməti innovasiya, texnologiya və xidmətin keyfiyyətidir. Bank məhsulları üzrə komissiyalar və faiz dərəcələri üzrə rəqabət aparmaq dövrü artıq keçmişdə qaldı. Hal-hazırda, bügün banklarda aşağı-yuxarı bənzər məhsul  çeşidi,  oxşar müddət və faiz dərəcələridir. Artıq müştərilər bank seçimi zamanı onun reputasiyası və rahatlığını, əməliyyatların texnolji əsasını və müştəriyönümlülüyünü rəhbər tuturlar.Hamı evdən çıxmadan bir çox əməliyyat aparmaq, iş saatlarında  Bankın filiallarında növbə gözləməmək, eyni zamanda öz smartfonlarından istifadə etmək istəyir. Biz bu istiqamətdə çox işləyirik. Bizdə istənilən müasir smartfona yüklənəbilən və dünyanın istənilən nöqtəsində istifadəsi mümkün olan plastik kartlar üçün Mobil Bank fəaliyyət göstərir. Bugün, bizim müştərilərimiz təkcə onlayn rejimdə və ya ödəmə terminalları vasitəsilə təkcə kredit ödəmələrini deyil, eyni zamanda, hesablaşma hesabını, plastik kartını, FOREX – hesabını bizim bankda oxşar yollarla artıra bilərlər. Bu il biz müştərilərimizə hüquqi şəxslər üçün çox-funksiyalı İnternet-Bank xidmətini təqdim etdik. Bununla edilən bütün əməliyyatlar Dövlət sistemi olan “Asan İmza” elektron imzası vasitəsilə tamamilə təhlükəsizdir. Biz müştərilərin rahatlığı üçün ”təmassız” adlanan kartlar dövriyyəyəburaxdıq. Bankdaxili proseslərin avtomatlaşdırılması üçün çox işlər görülür ki, bunlar da öz növbəsində müştərilərə xidməti sürətləndirir. Hazırda bizim üçün əsas prioritet – ölkə əhalisi üçün ən yaxşı İnternet və Mobil Bank sistemini həyata keçirməkdir. Cari ildə onun həyata keçirilməsi mümkün olacaq. Biz bütün gücümüzü bu tapşırığın həllinə sərf edirik, çünki bankçılığın gələcəyi texnologiyalarəsasında qurulur, belə ki, insana “divanda uzanaraq” bütün bank hesablarını, kreditlərini, kartlarını və əmanətlərini smartfondan idarə etməyə imkan verir. Və bu asan və cəlbedicidir. 

NIKOYL|Bank insanların güvəndiyi brenddir 

"Mən də öz pullarımı bizim bankda saxlayıram"

Ən sərfəli krediti almaq üçün müraciət et