1 nazirlik və 1 komitə ləğv edildi - 2 DÖVLƏT XİDMƏTİ YARADILDI | Banco.az

1 nazirlik və 1 komitə ləğv edildi - 2 DÖVLƏT XİDMƏTİ YARADILDI

İqtisadiyyat Nazirliyinin Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq olunmuş yeni strukturuna əsasən, nazirliyin tərkibində 2 yeni dövlət xidməti yaradılıb.

Bunlar qurumun tabeliyinə verilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin bazasında yaradılan Əmlak Məsələləri Dövlət Xidməti və Vergilər Nazirliyinin bazasında yaradılan Dövlət Vergi Xidmətidir.

Bundan başqa, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək. Beləliklə, nazirliyin tabeliyində 3 dövlət xidməti olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, qurumun strukturuna əvvəlki qaydada onun aparatı, regional bölmələri, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları daxildir. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et