1 milyon manatlıq səhm emissiya edir | Banco.az

1 milyon manatlıq səhm emissiya edir

Başak-İnam Sığorta Şirkəti səhm emissiya edir. 

Emisisya ediləcək səhmlərin nominal dəyəri  200 manat, sayı isə 5000 olacaq və nəticədə şirkət 1 milyon manat vəsait cəlb etməyi planlaşdırır.

11 noyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Başak-İnam Sığorta Şirkəti" açıq səhmdar cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdirilən hər birinin nominal dəyəri 200 manat olan 5000 ədəd adi sənədli adlı səhmlərinin buraxılışı AZ1001004683 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır." 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Başak-İnam Sığorta Şirkəti” ASC-nin 07.11.2014-cü il tarixdə səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilmiş və  Şirkətin Nizamnamə Kapitalını cari ildə 7 mln. manata, 2015- ci il ərzində 8 mln. manata, 2016-cı ildə isə 9 mln. manata  çatdırılması ilə bağlı qərar qəbul edilmişdir.

Ən sərfəli krediti almaq üçün müraciət et